Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

QARACİYƏR XƏSTƏLİKLƏRİ VƏ DİAQNOSTİK YANAŞMA

N.Y.Bayramov, R.A.Məmmədov

 

Qaraciyər xəstəliklərinin və törəmələrinin təsnifatı

 

Qaraciyər sindromları

  • Sarılıq
  • Xolestaz
  • Qaraciyər disfunksiyası
  • Qaraciyər yetməzliyi
  • Hepatik ensefalopatiya
  • Portal hipertenziya
  • Assit
  • Varikoz və qanaxma
  • Hepatorenal sindrom
  • Hepato-pulmonar sindrom
  • Porto-pulmonar sindrom
  • Digər

 

Qaraciyər xəstəlikləri

  • Diffuz xəstəliklər
    • Hepatitlər
    • Hepatozlar
    • Metabolik defektlər
    • Sirroz
    • Digər

 

  • Neoplastik törəmələr
    • Xoş xassəli
    • Birincili bəd xassəli
    • Metastatik

 

  • Kistoz törəmələr
    • Anadangəlmə
    • Parazitar
    • Neoplastik
    • Travmatik
    • Digər

 

  • Kalsifikasionlar
    • Daşlar
    • Postinfeksion
    • Posthematoma
    • Şişlərdə nekroz

 

  • Damar xəstəlikləri
    • Hepatik vena trombozu
    • Portal vena trombozu
    • Arterial tromboz
    • Digər

 

  • Travmalar
  • Digər

 

Cədvəl 1. Qaraciyərin neoplastik törəmələrinin histoloji təsnifatı

 

Toxuma

Xoşxassəli

Birincili bədxassəli

Hepatositlər

Hepatosellulyar adenoma

Fokal nodulyar hiperplaziya

Nodulyar transformasiya

Hepatosellulyar Karsinoma

 

Hepatoblastoma

Öd yolları

Adenoma

Sistoadenoma

Xolangiokarsinoma

Sistoadenokarsinoma

Damar

Hemangioma

Hemangioendotelioma

Angiosarkoma

Epitelioid

Hemangioendotelioma

Piy toxuması

Lipoma

Miolipoma

Angiolipoma

Liposarkoma

Əzələ toxuması

Leyomioma

Leyomiosarkoma

Rabdomiosarkoma

Digər

Mezotelioma

Mezenximal hamartoma

Xoş xassəli teratoma

Embrional sarkoma

Karsinokarsinoma

Karsinoid

Birincili limfoma

Metastatik

 

Kolorektal

Mədə

MAV

Nazik bağırsaq

Müsariqə

Süd vəzi

Ağciyər

Digər

 

Cədvəl 2. Qaraciyər törəmələrinin müalicə nöqteyi-nəzərdən təsnifatı

  • Müalicə tələb etməyən xoşxassəli törəmələr
    • Hemangioma
    • Fokal nodulyar hiperplaziya
    • Sadə kistlər
    • Yerli yağlanma
    • Lipoma
    • Angiolipoma
    • Kalsifikasiya

 

  • Müalicə tələb edən xoşxassəli törəmələr
    • Hepatik adenoma və ya adenomatoz
    • Biliar sistadenoma
    • Abses
    • Exinokokk kisti
    • İltihabi psevdotumor
    • Qranulomatoz iltihab

 

  • Bəd xəssəli – mümkünsə müalicə lazım gələnlər
    • Hepatosellular karsinoma
    • Xolangiosellular karsinoma
    • Metastatik törəmələr
    • Biliar sistoadenokarsinoma
    • Angiosarkoma
    • Limfoma

 

 

QARACİYƏRİN MÜAYİNƏLƏRİ

 

Klinik müayinələr

Əlamət

Açıqlama və təxmini mexanizmi

Klinik təhlili

Ağrı küt sağ qabırğaaltı

Sağ qabırğaaltı nahiyədə davamlı küt ağrı.

Adətən Qlisson kapsulunun gərilməsinə, iltihabına və invaziyasına  bağlı meydana gəlir

Qc xəstəlikləri üçün çox xarakterikdir, Kəskin və xroniki iltihabi və neoplastik  xəstəliklərdə rast gəlir. Digər perihepatik xəstəliklərdə də rast gəlir

Sarılıq

Sklera və dərinin sarı rəngə boyanması.

Bilirubinin qanda artmasına (> 2 mq/dl) bağlı meydana gəlir.

Hemolizin, Qc xəstəliklərinin və ya xolestazın əlaməti ola bilər.

Mövcudluğu xolestaza şübhə yarada bilər, olmaması isə xolestazı inkar etməz.

Qc-in əksər xəstəliklərində (hepatitlər, sirroz, şişlər və s.) və hemolizdə rast gəlir.

Az hallarda beta-karotinlər və ya retinol  və riboflavin tərkibli qidalar çox istifadə edənlərdə görünür. Dəqiqləşdirmək üçün qanda bilirubinə baxmaq lazımdır.

Qaşınma

Bədəndə diffuz acışma və ya qaşınma hissi.

Öd və ya sidik turşularının, iltihab mediatorlarının, bakteriyaların, dərmanların sinir uclarına təsiri nəticəsində meydana gəlir.

Xolestazın, allergik, dəri, böyrək, qurd, sümük xəstəliklərinin, dərmanların əlaməti ola bilər.

Kəskin və xroniki xolestazlarda rast gəlir, lakin xolestazın mütləq əlaməti deyil. BBS və skleroz xolangitin, şişlərin erkən əlaməti ola bilər. Laborator və görüntüləmədə xolestaz yoxdursa qaşıntının öd mənşəli olması inkar edilir.

Ürəkbulanma və qusma

Qarında xoşagəlməz hissiyyat və mədə möhtəviyyatının geri qayıtması.

Qusma mərkəzinin aktivləşərək diafraqmanı, qarın əzələlərini yığması və mədənin antiperistaltikası.

Qaraciyər xəstəliklərində neyrotoksikoz və beyin ödeminə bağlı ola bilir

Qaraciyər və öd yolları xəstəlikləri üçün yanaşı (ikinci dərəcəli) əlamətdir.

Hepatik ensefalopatiyada,  kəskin hepatitdə  və rezeksiyadan sonrakı ilk günlərdə rast gəlir.

Öd yollarının kəskin xəstəliklərində, xoledoxolitiazda ağrı ilə birlikdə rast gəlir. Təkbaşına olması biliar xəstəlik üçün xarakterik deyil.

Mədə, 12bb, Qc, MAV, bağırsağın iltihabi və neoplastik xəstəlikləri, bağırsaq keçməzliyi və beyin xəstəliklərində rast gələ bilir.

Köp, şişkinlik

Mədə və bağırsaq sistemində qaz və qidaların toplanması, assit və ya kütlə nəticəsində qarının şişməsi.

Bağırsaq keçməzliyi və ya qaz əmələgəlmədə artma (yetərsiz həzm, disbakterioz, aerofagiya)

Hepatomeqaliyada,  splenomeqaliyada, assitdə, böyük törəmələrdə rast gəlir.

Mədə, 12bb, Qc, MAV, bağırsağın iltihabi və neoplastik xəstəlikləri və

bağırsaq keçməzliyində rast gələ bilir.

Assiti və ya kütləni dəqiqləşdirmək üçün görüntüləmə müayinəsi lazımdır.

Halsızlıq

Gündəlik fiziki və zehni fəaliyyətini görərkən tez yorulma və ya bunları edə bilməmə. Detoksikasiya funksiyasının pozulması və əzələ distrofiyası ehtimal patomexanizmlərdir

Kəskin və ağır xroniki qaraciyər xəstəlikləri və böyük neoplastik törəmələrində rast gəlir. Xəstənin ümumi vəziyyətini qiymətləndirmək üçündür, spesifik deyil

Palpator sərt qaraciyər

Qaraciyərdə fibroz toxumanın inkişafı nəticəsində baş verir.

Xroniki qaraciyər xəstəliklərində, xüsusən sirroz, fibroz, xroniki hepatit və ya şişlərdə rast gəlinir. Fibrozun dərəcəsini təyin etmək üçün elastoqrafiya və biopsiya lazımdır

Ağrılı qaraciyər

Qaraciyəri palpasiya edərkən  ağrının baş verməsi və ya artması. Qlisson kapsulunun  gərilməsi nəticəsində ağrı meydana gəlir.

Kəskin qaraciyər zədələnmələrində (kəskin hepatitlər, Baddi-Kiari sindromu) çox rast gəlir.

Kütlə

Palpasiya vaxtı sağ QA və epiqastral nahiyələrdə törəmənin təyin edilməsi.

İltihabi, neoplastik və kistik törəmələr ola bilər

Qaraciyər törəmələri və perihepatik orqanların iltihabi və neoplastik törəmələrində görünə bilir. Kütlənin yerini dəqiqləşdirmək üçün USM və KT gərəklidir.

Assit

Periton boşluğunda mayenin toplanması (klinik və ya görüntülümə  ilə müəyyən edilən).

Periton boşluğuna transudasiya, eksudasiya, sekresiya və ekstravazasiya assitə səbəb ola bilir.

Sirroz – portal hipertenziya, ürək və böyrək yetməzlikləri transudativ, birincili və ikincili peritonitlər eksudativ assitə, şişlər adətən sekretor assitə, boşluqlu və vəzili orqanların zədələnməsi isə ekstravazasiyaya səbəb olurlar. Dəqiqləşdirmək üçün görüntüləmə və assitik mayenin müayinəsi lazımdır.

Ensefalopatiya

Şüurda, intellektdə və ya hərəkətlərdə dəyişikliklər.

Neyrotoksikoz və beyin ödemi əsas patomexanizmlərdir.

Kəskin və xroniki qaraciyər xəstəliklərində massiv hepatosellular nekroz və detoksikasiyanın ciddi pozulmasını göstərir. Qaraciyər yetməzliyinin xarakterik göstəricisidir.

 

 

Laborator müayinələr

Göstərici və normal qiyməti

Dəyişmə mexanizmi

Klinik təhlili

Aminotransferaza ALT, 10-40 TV/l AST, 10-40 TV/l

Hepatositlərin zədələnməsi nəticəsində xaricə sızma.

Hepatosellular zədələnmənin ən həssas göstəricisidir. AST erkən (mitoxondrial) zədələnmənin, ALT isə dərin zədələnmənin göstəricisidir, hepatositlər üçün daha spesifikdir. ALT və AST-nin birlikdə baxılması gərəkir.

Qc xəstəliklərinin əksəriyyətində artırlar. Alkohol hepatitində, yağlı qaraciyərdə və sirrozda 2-5 dəfə artır, viral hepatitlərdə 5-50 dəfə, toksik və işemik hepatitlərdə 50 dəfədən çox artır. Alkohol hepatitlərində AST/ALT >2 xarakterikdir.

Öd yolları xəstəlikləri Qc zədələnməsi törədərsə arta bilər (2-5 dəfə). Kəskin tıxanma və düşən daşlarda 20 dəfədən çox və qısamüddətli artma ola bilər

AST ürək, əzələ, böyrək, MAV xəstəliklərində də arta bilər

Qələvi fosfataza

QF,   45-115 TV/l

Öd epitelindən sintezinin artması və zədələnmə nəticəsində xaricə sızma.

Xolestazın ən həssas göstəricisidir. Normal olması xolestazı inkar edə bilir, QQT ilə birlikdə artması isə xolestazı təsdiq edir.

Qc-in əksər xəstəliklərində 2-3 dəfə arta bilir, 3 dəfədən çox artması və ya ALT-yə nəzərən çox artması xolestazı (xolestatik hepatit, BBS, infiltrasiya)  göstərir.

Öd yollarında xolestaz və ya zədələnmə olarsa 1-2 gün ərzində artar.

Sümük böyüməsi və xəstəliklərində, şişlərdə, uşaqlarda, hamilələrdə, yeməkdən sonra və bağırsaq xəstəliklərində yüksək ola bilər. Differensiasiya üçün QQT və ya 5-NT yoxlanılmalıdır

Qamma-qlütamil-transpeptidaza

QQT,  1-50 TV/l

Öd epitelində sintezinin artması və zədələnmə nəticəsində xaricə sızma

Xolestazın və alkohol qaraciyər zədələnməsinin göstəricisidir. QF ilə birlikdə baxılması vacibdir.

Xolestaz törədən xəstəliklərdə QF ilə birlikdə artar. QF artarsa və QQT normaldırsa xolestaz inkar edilə bilər ?(XXATX və Bayer sindromundan başqa).

Qc xəstəliklərində, xüsusən də alkohol hepatitində artır. QQT/QF >2,5 alkohol hepatitini göstərir.

Böyrək, ürək, bağırsaq xəstəliklərində arta bilər

Bilirubin

Ümumi,  0,1-1 mq/dl və ya 1-17 mkmol/l

 

Sərbəst  0,1-0,9 mq/dl və ya 1-15 mkmol/l

 

Birləşmiş (konyuqə)  0,1-0,5 mq/dl və ya 1-10 mkmol/l

İstehsalın artması, daşınma, tutulma, konyuqasiya, sekresiya və axının azalması

Sarılığın diaqnostikası, xolestazın, hepatosellulyar zədələnmə və hemolizin isə ağırlıq dərəcəsi və dinamikasını təyin etmək üçün istifadə olunur.

Ekstra və intrahepatik xolestazlarda konyuqə bilirubin artır. Uzunmüddətli tıxanmalarda sərbəst bilirubin də arta bilər. Hissəvi və məhəlli xolestazlarda  (darlıq, infiltrasiya, qapaqşəkilli daşlar və s.) QF artmasına baxmayaraq bilirubin artmaya bilər. 10 mq/dl-dən çox artması isə adətən şiş mənşəli tıxanmalarda rast gəlir.

Qc-in əksər qazanılma xəstəliklərində hər iki fraksiya 1-3 dəfə artır. Çox artma ağır dərəcəli xəstəliyi göstərir. Anadangəlmə enzim yetməzliklərində isə adətən fraksiyalardan biri artır. Sərbəst bilirubin Gilbert və Krijlerr-Najjar sindromlarında, konyuqə bilirubin isə Dubin-Jonson və Rotor sindromlarında artar.

Hemolizdə sərbəst bilirubin artır

Albumin

4-6 q/dl

Sintezinin azalması və ya itkisinin artması

Qc-in sintez funksiyasını və sepsisin agırlığını qiymətləndirmək üçündür.

Adətən Qc-in xroniki xəstəliklərində azalır, kəskin xəstəliklərində isə nadir hallarda azala bilir.

Öd yolları xəstəliklərində adətən dəyişmir, xroniki Qc xəstəliyi baş verərəsə (BBS, İBS) azala bilər.

Sepsis və qida azlığında da azala bilər

Protrombin

12-14 san

0,9-1,27 İNR

Sintezinin azalması və ya itkisinin artması

Qaraciyərin sintez funksiyasının ən həssas göstəricisi olmaqla yanaşı laxtalanmanı qiymətləndirmək üçün də istifadə edilir.

Xolestazlarda azalır,  lakin Vit.K müalicəsinə cavab verir.

Kəskin və xronik qaraciyər yetməzliklərində azalır və Vit.K müalicəsinə cavab vermir.

YDDL və varfarin müalicəsində də azalır

Ammonyak

Hepatosellulyar yetməzlik və ya yankeçmə nəticəsində sidik cövhəri dövranına daxil ola bilməməsi

Kəskin, kəskinləşmiş xroniki və postrezeksion qaraciyər yetməzliklərində artır. Ensefalopatiyanın diaqnostikasında və gedişinin qiymətləndirilməsində istifadə olunur.

İndosianin yaşıl boyası (İSY) sınağı

Qaraciyərin qan təhcizatını və ekskretor funksiyasını göstərir.

Boyanın qandan təmizlənmə vaxtının uzanması, yəni retensionunun 10% artıq olması  qaraciyərdə  qan dövranının pozulmasını, hepatosellulyar yetməzliyi göstərir. Qc rezeksiyalarında, köçürülməsində və bir çox xəstəliklərində hepatositlərin funksiyasını təyin etmək üçün  istifadə olunur.

Alfa-fetoproten

Embrional tipli hüceyrələrin aktif çoxalmasını göstərir.

Hepatosellulyar xərçəngdə, postnekrotik və postrezeksion regenerasiyada artır.

Alfa-fetoprotein xayalığın və yumurtalıqların embrional şişlərində də artır.

HSX-in erkən diaqnostikasında, residivlərin izlənilməsində istifadə olunur.

 

 

Görüntüləmə müayinələri

USM

Qaraciyərin ilkin müayinə üsuludur. Qaraciyərin ölçüsünü, yağlanmasını, damarlarını, qan axınını, 1 sm-dən böyük törəmələri və xarakterini (kistoz, solid) göstərir. Qaraciyər əməliyyatlarında USM çox faydalı müayinədir.

MRT

Qaraciyər xəstəliklərinin diaqnostikasında önəmli müayinədir:

  • Qaraciyərdə sirrozu, yağlanma və fibrozlaşma dərəcəsini (maqnit rezonans elastoqrafiya) göstərə bilir
  • Kistik törəmələrin möhtəviyyatını (T1-də hipo, T2-də parlaq), divarlarını, arakəsmələrini aydın göstərir
  • Yağlı törəmlər yağ supressiya testində sönərlər (lipoma, angiolipoma, yağlanma sahələri, siderotik adenoma, bəzi HSX-lar)
  • Hemangiomanın diaqnostikasında ən həssas (95%) üsul sayılır: T1-də hipo-, T2-də hiperintens (lampa parlaqlığı)
  • Qaraciyərdaxili və xarici öd yollarını və patologiyalarını yüksək dəqiqliklə (maqnit rezonans xolangioqrafiya) göstərə bilir
  • Qaraciyərdaxili və ətrafındakı damarları aydın göstərə bilir (maqnit rezonans angioqrafiya)
  • Kontrast istifadə edərək toxumaların kontrastlaşma xüsusiyyətini görmək olar

KT

Kontrastlı KT qaraciyər müayinəsində vacib müayinələrdən biridir:

  • Qaraciyərin həcmini hesablamağa imkan verir, kənarlarını göstərə bilir.
  • Qaraciyərdə 0,5 sm-dən böyük törəmələri 60-70% həssaslıqla göstərir.
  • Qaraciyərin və törəmələrin həcmlərini 5-10% xəta ilə ölçməyə imkan verir.
  • Hemangiomaların, kistlərin, hematomaların, qaraciyər zədələnmələrinin, absesin diaqnozunu dəqiq təyin etməyə imkan verir. Kontrast tutmama kistlər üçün xarakterikdir. Hemangiomalarda arterial fazada polipşəkilli kənari kontrastlaşma görünür. Absesdə hava-maye səviyyəsi, hematomalarda hiperexoik qan laxtası görünür.
  • Törəmələrin bədxassəli olduğunu aşkarlamaq üçün istifadə edilir: arterial fazada kontrastlaşma, venoz fazada yuyulma.
  • Qaraciyərin bir çox parenxima xəstəliyini, xüsusən yağ distrofiyasını təyin etməyə imkan verir.
  • KT nəzarəti altında bir çox diaqnostik və müalicəvi müdaxilələr edilə bilir.
  • KT-angioqrafiya vasitəsi ilə qaraciyərin daxili və xarici damarlarını müayinə etmək mümkündür və invaziv angioqrafiyanı əvəz edə bilir.

PET-KT

Positron emission tomoqrafiya qaraciyər törəmələrinin differensial diaqnostikasında və distant metastazların axtarışında tətbiq edilir.

Biopsiya

Görüntüləmə və laborator müayinələrlə törəmənin və parenxima xəstəliyinin diaqnozunu qoymaq mümkün olmayanda diaqnostik məqsədlə istifadə edilir. Bəzən də proqnostik və bəzən də müalicə planını seçmək üçün tətbiq edilir.

 

 

QARACİYƏR XƏSTƏLİKLƏRİNƏ DİAQNOSTİK YANAŞMA

 

Prinsip

  • Diaqnostikada klinik, laborator və görüntüləmə nəticələri birlikdə qiymətləndirilməlidir.
  • İlk növbədə diffuz yoxsa lokal xəstəlik olduğu yoxlanılır.
  • Törəmənin xoş xassəli olduğu isbat edilmirsə, bədxassəli qəbul edilməsi tövsiyə edilir.
  • Son və həlledici vasitə kimi biopsiya unudulmamalıdır

 

Şübhə

Aşağıdakı əlamətlərdən hər hansı biri varsa qaraciyər xəstəliyindən şübhələnmək lazımdır və müayinə etmək gərəkdir:

  • Sarılıq
  • Halsızlıq
  • Qaşınma
  • Qarında ağrı
  • Assit
  • Köklük
  • Mədə-bağırsaq qanaxması
  • Hepatomeqaliya
  • Laborator dəyişikliklər
  • Metastaz axtarışı
  • Skrininq
  • Qaraciyər enzimlərində və xolestaz göstəricilərində artma
  • Anamnezində bəd xassəli törəmələr
  • Digər

 

Dəqiqləşdirmə

Birinci pillə müayinələr

Bu mərhələdə məqsəd təcili cərrahi xəstəliyin, qaraciyərdə diffuz və ya lokal (törəmə) xəstəliyin olub-olmadığını və törəmə varsa kistik yoxsa toxumalı olduğunu araşdırmaqdır. Bu məqsədlə aşağıdakı ilkin müayinələr edilir:

  • Klinik müayinə
  • USM
  • Qaraciyər testləri : ALT, AST, QQT, QF, bilirubin, albumin, PZ (İNR))
  • Virus markerləri: HbsAg, anti-HCV, anti-D
  • Hemoqram

 

Bu müayinələrdən aşağıdakı bir neçə nəticə ortaya çıxa bilər

 

  • Birinci nəticə - qaraciyərin təcili xəstəliyi təyin edilir: kəskin qaraciyər yetməzliyi, kəskin hepatit, qaraciyər absesi, qaraciyər törəməsinin partlaması və qanaxma və s. Belə halda uyğun müayinə və müalicələr seçilir.

 

  • İkinci nəticə - qaraciyərdə diffuz xəstəlik aşkar olunur. Belə vəziyyətlərdə uyğun müayinələrlə diffuz xəstəliyin təbiəti araşdırılır.

 

  • Üçüncü nəticə - qaraciyərdə törəmə tapılır və ultrasəs müayinəsi ilə törəmənin kistik, toxumalı (solid) və ya qarışıq olduğu müəyyənləşdirilir. Belə halda növbəti müayinələrlə kistik və ya toxumalı törəmənin təbiəti dəqiqləşdirilir.

 

  • Dördüncü nəticə - ilkin müayinələrdə qaraciyərdə üzvi və laborator dəyişiklik tapılmır. Belə halda adətən əlavə müayinələrə ehtiyac qalmır.

 

 

 

Şəkil 1. İlkin müayinələrin nəticələri

 

Kistoz törəmələrin dəqiqləşdirilməsi

 

Kistik törəmələrin xarakterik əlamətləri aşağıdakılardır:

  • USM-də anexoik və ya hipoexoik
  • Dopplerdə axın görünmür
  • Kontrast tutmur
  • T1-də hipointens, T2-də parlaq görünmə.

 

Ölkəmizin endemik bölgə olduğunu nəzərə alaraq ilk mərhələdə kist tapılarsa növbəti məsələ kistin exinokokk olub-olmadığını müəyyənləşdirməkdir. Bu məqsədlə kontrastlı müayinə, xüsusən də kontrastlı KT və ya MRT və gərəkərsə seroloji müayinə aparılır (exinokokk İg).

Kontrastlı müayinələrin 3-4 fazalı yerinə yetirilməsi məsləhətdir (nativ, arterial faza, portal venoz faza və hepatik faza).

Bu müayinələrlə exinokok təsdiq edilirsə uyğun müalicələr edilir. Exinokokk təsdiq edilmirsə əlavə müayinələrlə kistin xarakteri dəqiqləşdirilir.

 

Şəkil 2. Kistoz törəmələrin differensial diaqnostikası

 

  • Exinokokk kisti
  • Ən səciyyəvi əlamət içərisində xitin qatı və/və ya qız qovucuqlarının görünməsidir. USM və tomoqrafiyalarda bunlar ikiqatlı divar, “arı pətəyi”, “yun yumağı” şəkilində görünür.
  • İncə divarlı və xitin qatı USM və KT-də görünməyən kistlər (I tip) anadangəlmə kistlərə çox bənzəyir. Bunları ayırmaq üçün MRT daha yararlıdır, çünki, MRT-də kistin içərisi daha yaxşı göründüyü üçün incə xitin qatı ortaya çıxır.
  • Differensasiyası çətin olan kistlərdə seroloji və immunoloji müayinələr də aparıla bilər.
  • Abses
  • Yüksək hərarət, ağrı, leykositoz kimi septik əlamətlər kistşəkilli törəmənin abses və ya absesləşmiş kist olduğunu göstərir.
  • Kistdə hava-maye səviyyəsi xarakterik görüntü əlamətidir.

 

  • Anadangəlmə kistlər
  • İncə, düzgün divarın, möhtəviyyatın az sıxlıqlı və homogen olması anadangəlmə kistlər üçün xarakterikdir.
  • Bu tipli kistin bir neçə ədəd olması və böyrəklərdə, sümüklərdə də müşahidə edilməsi polikistik xəstəliyi göstərir.
  • Çoxlu, kiçik (<5 sm) kistlər, xolangit əlamətləri Karoli xəstəliyinə şübhə yaradır. Xolangioqrafiyada intrahepatik öd yollarında kistşəkilli genişlənmələr diaqnozu dəqiqləşdirir.

 

  • Neoplastik kistlər
  • Neoplastik kistlərdə qalın, kələkötür divar və divardan kist mənfəzinə doğru papillamatoz toxuma və arakəsmələr görünür.
  • Bir-birinə yaxın və möhtəviyyatlarındakı sıxlığının müxtəlif olması da neoplastik kistlər üçün xarakterikdir.
  • Bəzən çoxkameralı və arakəsmələri olan sistoadenomaları III tip exinokokk kistlərindən fərqləndirmək çətin olur. Exinokokkdan fərqli olaraq sistoadenomalarda arakəsmələri kontrast tutur, seroloji reaksiyalar neqativ olur və kist mayesində CA-19-9 səviyyəsi yüksək olur.
  • Arakəsməli və çoxkameralı kistlərin neoplastik olma ehtimalının yüksək olduğunu (25-45%) nəzərə alaraq bu tipli kistləri əməliyyat etmək tövsiyə edilir.
  • Neoplastik kistlərin dəqiq diaqnozu patohistoloji müayinədə qoyulur.

 

  • Travmatik kistlər
  • Travmatik kistləri anadangəlmə kistlərdən fərqləndirmək çətindir.
  • Anamnezdə travma və möhtəviyyat sıxlığının yüksək olması travmatik kistə şübhə yaradır.
  • Diaqnoz əməliyyat vaxtı içində öd və qan tapılması ilə, patoloji müayinədə isə divarında epitel qatının olmaması ilə qoyulur.

 

Toxumalı törəmələrin diaqnostikası

  • İlkin pillə müayinələrdə toxumalı törəmə tapılan hallarda növbəti məsələ törəmənin bəd xassəli və xoşxassəli olduğunu müəyyənləşdirməkdir.
  • Bu məqsədlə də kontrastlı müayinə, xüsusən də kontrastlı KT və ya MRT aparılır. Kontrastlı müayinələrin 3-4 fazalı yerinə yetirilməsi məsləhətdir (nativ, arterial faza, portal venoz faza və (hepatik faza).
  • Bu nəticələrinə görə qaraciyərdəki toxumalı törəmələri bəzi diaqnostik qruplara ayırmaq olar: hemangioma, bədxassəli, yağlı,  qanlı, xoşxassəli  və dəqiqləşməmiş  törəmələr.

 

 

Şəkil 3. Toxumalı törəmələrin diaqnostikası

 

  • Hemangioma
    • Zəif klinik əlamətləri olan və QcFT-də ciddi dəyişikliyi olmayan xəstələrdə törəmə Dopplerdə hipo-, avaskulyar, kənarları paycıqlı, T1-də hipointens, T2-də parlaq görünərsə və ya arterial fazada periferiyası polipşəkilli kontrastlaşarsa hemangioma diaqnozu dəqiqləşir.
  • Bədxassəli törəmələr
    • Bədxassəli törəmələri ən xarakterik əlaməti arterial fazada kontrastlaşma, venoz fazada kontrastın yuyulmasıdır. Bu əlamət bədxassəli törəmələri bəzi xoşxassəli şişlərdən (regenerator düyün, FNH, adenoma, və s) fərqləndirə bilir. Bədxassəli törəmələrin ikinci vacib görüntüləmə əlaməti PET-də flordeoksiqlukoza toplanmasıdır. Şişin birincili bədxassəli və ya metastatik şiş olduğunu bilmək üçün klinik və laborator məlumatlarla təkrar gözdən keçirilməlidir. Qaraciyər sirrozunda metastazlar nadirdir, normal parenximada isə çoxsaylı birincili xərçəng az rast gəlir. Alfa-fetoproteinin (AFP) yüksəlməsi hepatosellulyar xərçəng, karsinoembrionik antigenin (CEA) artması kolorektal xərçəng üçün xarakterikdir. Anamnezdə bədxassəli şişi olanlarda metastatik şiş olma ehtimalı daha yüksəkdir. Metastatik şişlərdə ilkin ocağın müəyyənləşdirilməsi vacib məsələdir.
  • Yağlı törəmələr
    • Yağlı törəmələr üçün xarakterik əlamətlərə USM-də hiperexoik, KT-də hipodens, həm T1 həm də T2-də hiperintens görünmə və yağ supressiya testində siqnalın itməsi aiddir. Yağlı törəmələrə lipoma, angiomiolipoma, lokal yağlanma, siderotik adenoma və bəzi HSX-lar aiddir. Metastatik törəmələrin əksəriyyətində yağ olmur və yağ supressiya testində görüntü dəyişmir. Bu əlamətə görə metastatik törəmələri inkar etmək olar. Yağlı törəmələr arasında lipomalar adətən kontrast tutmurlar.
  • Qanlı törəmələr
    • Qanlı törəmələr üçün xarakterik əlamətlərə T1 və T2-də hiperintens görünmə aiddir. Yağlı törəmələrdən fərqli olaraq qanlı törəmələrdə yağ supressiya testində siqnal itmir. Qanlı törəmələrə pelioz, hematomalar, geniş sinusoidli adenomalar və angiomiolipomalar aiddir.
  • Fokal nodulyar hiperplaziya
  • Əksər hallarda asimptomatikdir və laborator əlaməti yoxdur
  • Xarakterik görüntü əlamətləri: hipervaskulyar törəmədir, arterial fazada hipervaskulyar, venoz və parenximatoz fazalarda izo- və ya zəif hiper görünürlər, ulduzşəkilli və ya çarxşəkilli mərkəzi arteriya (ən xarakterik əlamət), mərkəzi çapığı olur (70%).
  • Hepatik adenoma
  • Anemiya, ağrı, kontraseptiv hormon qəbul edən qadınlar, normal qaraciyər fonunda kütlə.
  • MRT T1-də hiperintens (yağ, qanaxma, geniş sinusoid), heterogen və psevdokapsullu görünmə.
  • Kontrastlı müayinələrdə arterial fazada hipervaskulyar görünür , venoz yuyulma adətən olmur.
  • Normal hepatositlər tərəfindən tutulan və biliar sistemdən ifraz edilən kontrastlı müayinələrin hepatosit fazasında (20-60 dəq sonra) hipo- (qara) görünürlər.
  • Müayinələr diaqnozu dəqiqləşdirə bilmirsə dəridən keçən və ya laparoskopik biopsiya zərurəti yaranır.

 

Ağırlıq dərəcəsinin təyini

  • Törəmələrin yayılma dərəcəsini təyin etmək üçün tomoqrafiya əksər hallarda yetərli ola bilir. Uzaq metastazların təyini üçün KT və ya PET-KT istifadə edilə bilər.
  • Bəzi törəmələrin, xüsusən hepatosellular karsinomanın (HSK) ağırlıq dərəcəsini təyin etmək üçün qaraciyərin funksional vəziyyətini və orqanizmin vəziyyətini də qiymətləndirmək lazım gəlir.

 

Qaraciyər xəstəliklərinin diaqnostikası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Qaraciyərin funksional qiymətləndirilməsi

Suallar

Cavablar

Qaraciyərin hansı funksiyaları var?

Detoksikasiya, sintez, tənzimləmə, sekresiya və hemodinamik.

Qaraciyərin hansı funksional göstəriciləri klinik praktikada daha çox istifadə edilir?

Zədələnmə (ALT, AST)

Sintetik (İNR, albumin)

Sekretor-xolestaz (bilirubin, QF, QQT)

Detoksikasiya funksiyasını necə qiymətləndirilir?

Klinik olaraq ensefalopatiya ələmətləri, laborator olaraq ammonyak və idosianin yaşıl

Hemodinamikanı necə qiymətləndirmək olar?

Varikozlar, doppler, portal venada və qaraciyər venalarında təzyiq ölçülməsi

Hepatositlərdə hansı enzimlər sintez olunur?

ALT və AST

Hepatosit zədələnməsində ALT və AST niyə artır?

Hepatosit zədələndikdə sitozoldakı ALT və AST qana keçərək səviyyəsi artır

Qələvi fosfataza harada sintez olunur?

Öd yolları epitelində

Xolestazda QF niyə artır?

Öd epiteli qıcıqlandığı üçün

Qaraciyərin hansı laborator sindromları var?

Hepatosellular zədələnmə (hepatitik sindrom) – ALT və AST artması

Xolestaz – QF və QQT artması

Sarılıq – Bilirubin artması

Sintetik disfunksiya – İNR artması və /və ya albumin azalması

Detoksikasiya pozulması – ammonyak artması

Xroniki qaraciyər xəstəliklərində (məsələn sirrozda)  qaraciyərin funksional vəziyyətini hansı klassifikasiyalarla qiymətləndirilir?

Child, Child-Turcotte-Pugh, D-Amigo,MELD

Child klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır?

Assit, bilirubin, albumin.

Child-Turcotte-Pugh klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır?

Assit, bilirubin, albumin, ensefalopatiya və INR

MELD klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndirmə aparılır?

Bilirubin, İNR, kreatinin

D”Amigo klassifikasıyasında hansı göstərici istifadə olunur?

Assit, varikoz və varikoz qanaxma

Child klassifikasiyasına görə laparotomiyadan sonra letallıq nə qədərdir.

A dərəcəli sirrozda (kompensator) 10%-ə qədər, B dərəcəli sirrozda (subkompensator) 30%-dən az, C dərəcəli sirrozda (dekopmpensator) 50% səviyyəsidə

 

Qaraciyərin görüntüləmə müayinələri

Qaraciyərin birincili görüntüləmə müayinəsi hansıdır?

USM

USM nəyi göstərir?

  • Qaraciyərin ölçüsünü, strukturunu
  • Damarları və öd yollarını
  • Törəmələri
  • Törəmənin sistik və ya toxumalı olduğunu

İkinci seçim görüntüləmə müayinəsi hansıdır?

Kontrastlı KT və ya MRT

Kontrast nə üçün verilir?

Qaraciyər toxuması ilə törəmənin kontrastlaşma fərqini ortaya çıxarmaq üçün

Kontrast müayinənin hansı fazaları var?

Arterial (ilk 20 saniyə), portal venoz (60-70 saniyə) , gec  (8-10dəq)

Törəmələr ən yaxşı hansı fazada görünür?

Portal fazada

 

Qaraciyər rezeksiyası

Sağ  hemihepatektomiya (lobektomiya) nədir?

Qaraciyərin sağ payının kəsilib götürülməsi (Cantlie xəttindən sağa)

 Sol hemihepatektomiya (lobektomiya) nədir?

Qaraciyərin sol payının kəsilib götürülməsi (Cantlie xəttindən sola).

Sağ trisegmentektomiya nədir?

Qaraciyər toxumasının falciform ligamentdən sağa kəsilib götürülməsi.