N.Y.Bayramov, R.A.Məmmədov
Tərifi
Portal təzyiq dedikdə, qapı venasındakı qanın damar divarına etdiyi təzyiq nəzərdə tutulur və bu təzyiq qanın splanxnik venalardan qaraciyərə və aşağı boş venaya axmasını təmin edən əsas qüvvədir.
Qapı venasındakı təzyiqin 10 mm Hg st.-dan çox və ya qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqinin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Təzyiqlər fərqi 12 mm Hg st.-dan yüksək olduqda isə, varikoz qanaxma riski yaranır.
Təsnifatı
Mexanizminə görə |
|
Səbəbinə görə |
|
Səbəbin yerinə görə |
|
Ağırlıq dərəcəsinə görə |
|
Portal təzyiqin dərəcəsinə görə |
|
Patogenezi
Hidrodinamikanın qanunlarının (Om, Pauzel və Laplas qanunları) portal hemodinamikaya tətbiqindən iki mühüm nəticə ortaya çıxır:
- Birincisi, portal sistemdə təzyiq iki faktordan asılıdır: damarların radiusu və sistemə gələn qanın miqdarı. Yəni, qapı venasında təzyiqin artmasında iki amil əsas rol oynayır: müqavimətin artması və gələn qanın artması, yəni portal hipervolemiya.
- İkinci nəticə isə varikoz qanaxmanın mexanizmidir: portal təzyiqin artması ilk növbədə böyük diametrli və nazik divarlı varislərdən qanaxmaya səbəb olur.
Etiologiyası
- Portal təzyiqi artıran xəstəliklər patogenetik baxımdan iki qrupa ayrılır: müqaviməti artıranlar və portal hipervolemiya törədənlər (Cədvəl 1).
- Yerinə görə bu xəstəliklər qaraciyərüstü, qaraciyərdaxili və qaraciyəraltı ola bilər.
- Portal hipertenziyanın ən çox rast gələn səbəbi sirrozdur, portal hipertenziya sirrozun ən xarakterik əlamətidir və belə xəstələrin 60-70%-ində müşahidə edilir.
- Sirrozun portal hipertenziya törətməsində üç əsas mexanizm rol oynayır: sinusoidlərin üzvi azalması, sinusoidlərin funksional spazmı və portal qangəliminin artması.
- Qaraciyəraltı səbələr arasında ən çox rast gələni portal vena trombozu və venaətrafı şişlərdir (qapı, mədə, MAV, öd kisəsi, xoledox şişləri, limfomalar).
- Qaraciyərüstü mexanizmlər aşağı boş vena səviyyəsində qan axınını çətinləşdirərək portal hipertenziyaya səbəb olurlar. Aşağı boş venada membran, tromb, zirehli perikardit, sağ ürək yetməzliyi bunlara aiddir.
Cədvəl 1. Portal hipertenziyanın səbəbləri |
|
Müqaviməti artıran səbəblər |
Qaraciyəraltı |
Portal tromboz |
Portal kavernoz transformasiya |
Dalaq venası trombozu |
Portal vena sıxılması (şiş, düyün, xr.pankreatit və s) |
Qaraciyərdaxili |
Şistostoma |
Sarkoidoz |
Mielofibroz |
Anadangəlmə hepatik fibroz |
Hepatoportal fibroz |
Hepatotoksinlər (arsen, azatioprin, vinilxlorid və s) |
Erkən biliar sirroz |
Erkən skleroz xolangit |
Sinusoidal |
Sirroz |
Metotreksat |
Alkoqol hepatiti |
Hipervitaminoz A |
Nodulyar regenerativ hiperplaziya |
|
Venookluziv xəstəliklər |
Budd-Chiari sindromu |
Qaraciyərüstü |
ABV membranı |
Zirehli perikardit |
Sağ ürək yetməzliyi |
|
Portal həcmi artıran səbəblər |
Arterio-venoz fistul |
Sirroz (portal arterializasiya) |
Splenomeqaliya |
Şəkil 1. Sirrozda portal hipertenziyanın mexanizmləri
Gedişi və ağırlaşmaları
Portal venalarda təzyiqin artması nəticəsində aşağıdakı patologiyalar meydana çıxır.
- assit
- varikoz və qanaxma
- ensefalopatiya
- splenomeqaliya
- hepatorenal sindrom
- porto-hipertenziv qastro-enteropatiya
Qeyd etmək lazımdır ki, PH aradan qalxdıqda bu patologiyaların əksəriyyəti geriyə inkişaf edə bilir. Hepatosellular funksiya saxlanılan hallarda (məs. qaraciyəraltı PH, anadangəlmə hepatik fibroz) ensefalopatiya və assit dərinləşmir. Hepatosellulyar funksiya pozulan xəstələrdə (məs. sirroz) bu ağırlaşmalar nəinki dərinləşir, həm də yeni patologiyalar (hepato-renal sindrom, hepato-pulmonal sindrom, hormonal disfunksiya və s.) meydana çıxır.
Klinikası
- Asimptomatik ola bilər
- Simptomları: damar genişlənməsi, splenomeqaliya və ensefalopatiya
- Ağırlaşma əlamətləri: assit, varikoz qanaxma, hepatorenal sindrom və s.
Diaqnostikası
Şübhə
Xronik qaraciyər xəstəliyi əlamətləri (teleangioektaziya, palmar eritema, hepatomeqaliya, palpator sərt qaraciyər), assit, mədə – bağırsaq qanaxması və splenomeqaliya PH-a şübhə yaradan göstəricilərdir.
Dəqiqləşdirmə
PH-ı təsdiqləyən üç əlamət:
- varikoz genişlənmə
- qaraciyər və dalaq sərtliyinin artması
- portal təzyiqin artması
Göbəkətrafı varikozlar adi müayinə ilə, qida borusu varikozları endoskopik müayinə ilə, portal vena genişlənməsi və kollaterallar Doppler USM, KT və ya MR – angioqrafiya ilə müəyyən edilir.
Portal hipertenziyanı təyin etmək üçün ikinci az invaziv yol elastoqrafiyadır, qaraciyər sərtliyinin 17 kPa-dan çox, dalaq sərtliyinin isə 33 kPa-dan çox artması portal hipertenziyanı göstərə bilir.
PH-ın üçüncü xarakterik əlaməti sayılan təzyiq artmasını təyin etməyə həmişə ehtiyac qalmır. Təzyiqi ölçmək üçün iki yol mövcuddur – birbaşa və dolayı.
- Birbaşa üsul yalnız əməliyyat vaxtı tətbiq edilir və portal venaya müdaxilə edilərək təzyiq ölçülür.
- Dolayı üsul qapı venası ilə aşağı boş vena arasındakı təzyiqlər fərqini təyin etməyə əsaslanır. Təzyiqlər fərqinin 5 mm Hg st-dan çox olması portal hipertenziyanı göstərir.
Ağırlıq dərəcəsinin təyini
PH-nın ağırlıq dərəcəsini klinik və ya manometrik üsullarla təyin etmək olar.
- Klinik olaraq varikoz və splenomeqaliya varsa yüngül dərəcə, assitin varlığı orta dərəcə kimi, varikoz qanaxma, refrakter assit, hepatorenal sindrom kimi ağırlaşmaların olması isə ağır dərəcə kimi qiymətləndirilir.
- Manometriya üçün vidaci və yuxarı boş venadan qaraciyər venalarına daxil olunur, uc təzyiqlər və kava təzyiqləri ölçülür, qapı təzyiqi ilə kava təzyiqlər fərqi hesablanır. TİPS metodunun istifadəsi ilə son illər bu üsul geniş tətbiq edilməyə başlamışdır.
Səbəbin təyini
PH-ı olan bütün xəstələrdə ilk növbədə Qc-in funksional (QcFT) və morfoloji (görüntüləmə və biopsiya) vəziyyətini dəqiqləşdirmək lazımdır. İlk növbədə sirrozun olub – olmadığını yoxlamaq vacibdir. Qaraciyər patologiyası tapılmayan hallarda digər səbəbləri, xüsusən ürəyin funksional vəziyyətini (EXO kardioqrafiya) dəqiqləşdirmək vacibdir.
Əksər hallarda klinik və görüntüləmə müayinələri PH-ın yeri və səbəbini təyin etməyə imkan verir.
Müalicəsi
PH-ın müalicəsində prinsiplər:
- səbəbin aradan qaldırılması (sirrozda Qc transplantasiyası, birincili splenomeqaliyada splenektomiya, arterio – portal fistulda fistulektomiya və s.)
- ağırlaşmaların profilaktikası və müalicəsi üçün PH-ı azaltmaq
- ağırlaşmaların spesifik müalicəsi
Portal təzyiqi azaltma
Portal təzyiqi azaltmaq üçün iki qrup tədbirlər var:
- müqaviməti azaltmaq (porto – kaval yanyollar)
- portal sistemə qan gəlimini azaltmaq (medikamentoz və digər)
Medikamentoz tədbirlər
- Somatostatin, vasopressin analoqları və beta – adrenoblokatorlar splanxnik vazokonstruksiya törədərək portal sistemə gələn qanı azaldırlar.
- Somatostatin və analoqları varikoz qanaxmalarda qanaxmanı müvəqqəti dayandırmaq üçün istifadə edilir.
- Beta blokatorlar qanaxmanın uzunmüddətli profilaktikası üçün tətbiq edilir.
Porto – kaval yanyol (PKYY)
Porto – kaval şunt və ya yanyol (PKYY) mahiyyətcə portal sistemlə aşağı boş vena və ya şaxələri arasında anastomoz yaratmaqdır. Nəticədə qan yüksək təzyiqli qapı sistemindən aşağı təzyiqli boş venaya axır, portal sistemdə təzyiq aşağı düşür. Bu əməliyyatlar PH-ı azaltmaq üçün ən effektiv tədbir sayılır. PKYY nəticəsində portal qanın bir hissəsi (bəzən əksəriyyəti) qaraciyərdən yan keçdiyi üçün iki ciddi problem törədir: qaraciyərin trofikası pozulur və hepatosellulyar yetməzlik dərinləşir, ensefalopatiya artır.
PKYY əməliyyatları digər tədbirlər effektsiz olduqda və Qc funksiyası saxlanılan hallarda istifadə olunur. PKYY-nin iki növü var: intrahepatik və ekstrahepatik.
- Qaraciyərdaxili porto – kaval yanyol (TİPS – trasnyuqulyar intrahepatic porto – sistemik yanyol) endovaskulyar üsulla aparılır, qaraciyər venaları ilə qapı venası arasında stend yerləşdirilir. PH ağırlaşmalarında geniş tətbiq edilən müdaxilələrdəndir.
- Ekstrahepatik PKYY-lar cərrahi yolla yaradılır və portal axını nə dərəcədə dəyişdirdiyinə görə bunları 3 qrupda cəmləşdirmək olar: ümumi, selektiv və hissəvi
- Ümumi (total) yanyol əməliyyatları həm çöz, həm də dalaq venasından gələn qanın əksər hissəsini aşağı boş venaya yönəldirlər. Bu üsulda ensefalopatiya dərinləşir, qaraciyər atrofikləşir.
- Hissəvi yanyollar kiçik diametrli ümumi şuntlardır və portal vena və ya böyük şaxələri (çöz və ya dalaq venaları) ilə aşağı boş vena və ya şaxələri (adətən böyrək venası) arasında kiçik diametrli (8 mm) damar protezləri yerləşdirilir.
- Selektiv yanyol əməliyyatlarında qapı venoz sisteminin iki bölgəsi – dalaq və çöz hövzələri arasında əlaqə kəsilir, dalaq hövzəsinin qanı aşağı boş venaya yönəldilir, bağırsaq qanı isə təbii yolu ilə qaraciyərə gedir. Nəticədə, bir tərəfdən qastro-ezofaqo-splenik bölgədə təzyiq düşdüyü üçün qanaxma, qastropatiya və splenomeqaliya kimi ağırlaşmalar aradan qalxır. Digər tərəfdən isə, toksik olan mezenterik qan Qc-ə getdiyi üçün hepatosellulyar funksiya pozulmur, ensefalopatiya çox az rast gəlir, retroqrad axın baş vermir, hepatosellulyar yetməzlik dərinləşmir və dalaq saxlanılır.
- Portal təzyiqi azaltmaq üçün məlum olan splenektomiya, hissəvi dalaq embolizasiyası hazırda geniş istifadə edilmir.
Səbəbi ardan qaldırma |
|
Portal təzyiqi azaltma |
|
Ağırlaşmaların müalicəsi |
|
Özət
Normada qapı venası ilə boş vena arasındakı təzyiqlər fərqi 5 mm Hg st. təşkil edir. Bu fərqin 5 mm Hg st.-dan çox olması portal hipertenziya kimi qəbul olunur. Qapı venasında təzyiqin artmasında iki amil əsas rol oynayır: müqavimətin artması və gələn qanın artması (portal hipervolemiya). Anatomik bölgüyə əsaslanaraq portal qan axınına əngəl olan (radiusu kiçildən) amilləri üç qrupa bölmək olar: qaraciyəraltı, qaraciyərdaxili və qaraciyərüstü. Qaraciyəraltı səbələr arasında ən çox rast gələni portal vena trombozu və venaətrafı şişlərdir (qapı, mədə, MAV, öd kisəsi və xoledox şişləri, limfomalar). Splenomeqaliya, arterio-venoz fistullar, porto-sistemik paradoks portal hipervolemiya və hipertenziya törədə bilər. Qaraciyərdaxili amillər, xüsusən də sirroz portal hipertenziyanın ən çox rast gələn səbəbləridir (80%). Aşağı boş vena membranı, trombozu, zirehli perikardit, sağ ürək yetməzliyi qaraciyərüstü səbəblərə aiddir. Portal venalarda təzyiqin artması nəticəsində assit, varikoz və qanaxma, ensefalopatiya, splenomeqaliya, hepatorenal sindrom, porto-hipertenziv qastro-enteropatiya və s. kimi ağırlaşmalar meydana çıxır. Assit portal hipertenziyaya şübhə əlamətidir, dəqiqləşdirmək üçün endoskopiya və elastoqrafiya edilir, gərəkərsə porto-kaval qradiyent ölçülür. Varikoz genişlənmə, qaraciyər sərtliyinin 17 kPa-dan çox, dalaq sərtliyinin 33 kPa-dan çox və porto-kaval qradiyentin 5 mm Hg st-dan çox artması portal hipertenziyanı təsdiqləyən əlamətlərdir. PH-nın müalicəsində ilk və əsas hədəf səbəbin aradan qaldırılmasıdır. İlk hədəfə çatmaq mümkün olmadıqda ikinci hədəf seçilir – ağırlaşmaların profilaktika və müalicəsi. Ağırlaşmaların müalicəsi iki yolla həyata keçirilir: portal təzyiqi azaltmaq və ağırlaşmaya spesifik birbaşa tədbirlər. Portal təzyiqi azaltmaq üçün porto-kaval yanyollar (dekompressiya), splanxnik vazokonstriktorlar (somatostatin, vasopressin, β-adrenoblokatorlar), diuretiklər və s. istifadə edilir. Ağırlaşma yoxdursa və ya riski yüksək deyilsə profilaktik olaraq PH-ı azaltmağa ehtiyac yoxdur.
PORTAL HİPERTENZİYA üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
|
Portal venoz sistemə hansı venoz damarlar aiddir? |
|
|
Qan aşağı çöz venasından hara gedir? |
Dalaq venasına |
|
Yuxarı hemorroidal venadan qan hara gedir? |
Aşağı çöz venasına, sonra dalaq venasına və qapı venasına |
|
Portal vena haradan başlayır? |
Dalaq və yuxarı çöz venalarının birləşməsindən |
|
Portal hipertenziyanın mexanizmi nədir? |
Portal axına müqavimətinin artması nəticəsində portal təzyiqin yüksəlməsi |
|
Portal təzyiq normada nə qədərdir? |
<10 mmHg |
|
Səbəbləri hansılardır? |
|
|
Portal hipertenziyanın ən çox rast gələn səbəbi hansıdır? |
Sirroz (>90% hallarda) |
|
Alkoholizmi olan xəstələrin neçə faizində sirroz inkişaf edir? |
Təxminən 20%-də |
|
Sirrozlu xəstələrin neçə faizində ezofageal varikozlar olur? |
Təxminən 60%-də |
|
Sirrozlu xəstələrin neçə faizində portal hipertenziya inkişaf edir? |
Təxminən 60%-də |
|
Portal hipertenziyada xəstələrdə ən çox rast gəlinən əlamət hansıdır? |
Splenomeqaliya |
|
Portal hipertenziyanın 4 əsas obyektiv əlamətləri hansılardır? |
|
|
Sirroz və portal hipertenziyada digər əlamətlər hansılardır? |
Assit, ensefalopatiya, xroniki qaraciyər əlamətləri (palmar eritema, qırmızı dil, ginekomastiya, dəri angiomatozu və s). |
|
Portal təzyiq necə ölçülür? |
Birbaşa yolla - portal venaya kateter yeritməklə Dolayı yolla – qaraciyər venalarında uc təzyiqi ölçməklə |
|
Kollaterallar əvvəlcədən mövcud olur yoxsa portal hipertenziya nəticəsində əmələ gəlir? |
Hesab edilir ki, kollaterallar mövcud olan damarlardır, normada funksiyaları yox dərəcəsindədir, portal hipertenziyada isə genişlənirlər. |
|
Hansı porto-kaval kollaterallar var? (normada və portal hipertenziyada) |
|
|
Portal hipertenziyada qan ezofagus varikozlarından hara axır? |
Portal venadan tac venalarına və kollaterallardan azygos venasına |
|
Portal hipertenziyada qan göbəkətrafı kollaterallardan hara axır? |
Göbək venasından epiqastrik venalara, oradan da aşağı və yuxarı boş venalara. |
|
Portal hipertenziyada qan retroperitoneal varikozlardan hara axır? |
Kiçik mezenterik venalardan retroperitoneal kollaterallarla olaraq lumbar venalara |
|
Portal hipertenziyada qan hemorroidal kollaterallardan hara axır? |
Yuxarı hemorroidal venalardan orta və aşağı hemorroidal venalara və buradan da qalça venalarına |
|
Portal hipertenziyada ən təhlükəli ağırlaşması hansıdır? |
Ezofageal varikozlardan qanaxma (10-50% ölüm) |
|
Portal hipertenziyalarda “60% qaydası” nə deməkdir? |
|
|
Sirrozu və ezofageal varikozu olan xəstələrdə yuxarı qastrointesinal qanaxmaların nə qədər hissəsi varikoz mənşəlidir? |
Təxminən 50% |
|
Varikoz qanaxmanın əlamətləri hansılardır? |
Qanqusma, melena, hematoxeziya |
|
Kəskin ezogeal varikoz qanaxmalarında ölüm faizi nə qədərdir? |
Təxminən 17% (10-50%) |
|
Varikoz qanaxmalarda ilkin tədbirlər hansılardır? |
İnfuziyalar, nazoqastral zond, Folley kateteri, qan qrupu təyini, və cross match, lab gonder, koaqulopatiyanı korreksiyası (vit K, TDP), endoskopiya |
|
Əsas diaqnostik müayinə hansıdır? |
Qastroskopiya (yuxarı qanaxmaların yarısı varikoz mənşəlidir, digər yarısını da inkar etmək üçün)
|
|
Əsas müalicə prinsipi hansıdır? |
Portal təzyiqi azaltmaq (medikamentoz, endovaskulyar və ya cərrahi yanyollar) |
|
Portal təzyiqi azaltmaq üçün hansı dərmanlar var? |
Vazopressin və anoloqları Sandostatin və analoqları |
|
Koronar çatmazlığı olan xəstələrdə vazopressin ilə birlikdə hası dərman istifadə edilməlidir? |
Nitrogliserin – vazopressinin törətdiyi koronar arterial vazokonstiksiyasının qarşını almaq üçün |
|
Hansı müalicə növləri var? |
Endoskopik - liqasiya, skleroterapiya TİPS Porto-kaval yanyollar Qaraciyər tranplantasiyası |
|
Əgər qanaxmaya səbəb ezofagus varikozlarıdırsa müalicəsi nədir? |
Təcili endoskopik ligasiya və ya skleroterapiya. |
|
Əgər xəstədə ilkin müalicədən sonra qanaxma davam edirsə nə edərsiniz? |
Təkrari endoskopik müalicə |
|
Əgər endoskopik müalicə imkanı yoxdursa və qanaxma davam edirsə nə edərsiniz? |
Splanxnik vazokonstruktor (terlipressin sandostatin) və Sengstaken-Blekmor zondu ilə tamponada. |
|
Sengstaken-Blekmor zondu nədir? |
Qastrik və ezofagial balondan ibarət olan borudur, ezofagial qanaxmlarda tamponada üçün istifadə edilir. |
|
Əgər varikoz qanaxmalarda endoskopik və konservativ müalicə qanaxmanı dayandırmırsa nə edərsiniz? |
TİPS (transyuqulyar intrahepatik porto-kaval şunt) Cərrahi yanyol (selektiv və hissəvi) Qaraciyər transplantasiyası |
|
TİPS nə deməkdir? |
TIPS (Transjugular İntrahepatik Portasistemik Shunt) dəridən, vidaci venadan keçərək hepatik vena ilə portal venanın şaxəsi arasında kiçik stendin intrahepatik yerləşdirilməsidir. |
|
Varikoz qanaxmanı dayandıran ən effektiv müalicə hansıdır? |
Porto-kaval yanyollar və qaraciyər transplantasiyası. |
|
Cərrahi yanyolların hansı növləri var? |
Total, hissəvi, selektiv |
|
“Total yanyol” nə deməkdir? |
Portal qanın hamısı birbaşa boş venaya yönəldirilir. |
|
“Hissəvi yanyol” nə deməkdir? |
Portal vena ilə aşağı boş vena arasında yaradılan kiçik diametrli (0,8-1 sm) anastomozdur, portal qanın bir hissəsini boş venaya ötürür. |
|
“Selektiv yanyol” nə deməkdir? |
Portal sistemin dalaq və mezenterik hövzələri bir-birindən ayrılır və dalaq hövzəsi ilə boş vena sistemi arasında anastomoz qoyulur. |
|
Warren yanyolu nə deməkdir? |
Distal splenorenal yanyoldur , selektiv yanyollar arasında ən çox istifadə edilənidir. Portal sistemin dalaq və mezenterik hovuzları ayrılır, dalaq hovuzu böyrək venasına axıdılır. Həm varikozları azaldır, həm qanaxmanı aradan qaldırır, həm də yanyol ensefalopatiyası azdır. |
|
Warren şuntunun qoyulmasına əks-göstəriş nədir? |
Assit |
|
Uc-yan porto-kaval yanyol nədir? |
Total yanyoldur, portal venanın ucu ilə boş vena arasında anastomoz qoyulur. |
|
Yan-yan portokaval şunt nədir? |
Portal vena ilə boş vena arasında yan-yana anastomoz, başlanğıcda hissəvi yanyol kimi işləyir, sonra total xarakterli olur. |
|
“H-graft yanyol” nədir? |
Hissəvi yanyoldur, portal vena və ya şaxələri ilə boş vena və ya şaxələri arasında damar grefti ilə anastomoz qoyulur. |
|
Yanyol əməliyyatlarının “ən müsbət” və “ən mənfi” cəhətləri hansıladır? |
Varikozu və qanaxmanı aradan qaldırmaq “ən müsbət” cəhətidir, ensefalopatiya və qaraciyər disfunksiyası “ən mənfi” cəhətləridir. |
|
Yanyol əməliyyatlarından sonra qaraciyər disfunksiyası niyə baş verir? |
Portal qan qaraciyər üçün əsas trofiki mənbədir və bunun azalması qaraciyəri zədələyir. |
|
Yanyol əməliyyatlarından sonra ölümə səbəb olan faktor hansıdır? |
Qaraciyər yetməzliyi (qaraciyərə qan axınının azalması nəticəsində əmələ gəlir və ölümlərin 60%-dan çoxunun səbəbidir). |
|
Yanyol əməliyyatlarından sonra ən çox rast gələn ağırlaşma hansıdır? |
Hepatik ensefalopatiyanın artması (qaraciyərə qan axınının və detoksikasiyanın azalması nəticəsində). |
|
Ensefalopatiyanın diaqnozu hansı müayinə ilə qoyulur? |
Klinik müayinə ilə |
|
Ensefalopatiyanın ağırlıq dərəcəsi hansı müayinə ilə təyin edilir? |
Klinik müayinə ilə |
|
Ensefalopatiyanın dərəcəsi hansı laborator göstərici ilə korrelyasiya edir? |
Qanda ammonyakın səviyyəsi ilə |
|
Hepatik ensefalopatiyada hansı dərman istifadə olunur? |
Laktuloza, neomisin, LOLA (L-ornitin-L-aspartat) |