N.Y.Bayramov, R.A.Məmmədov
Qaraciyər absesinin drenajı
Göstəriş
Qaraciyər absesi
Metodları
Perkutan drenaj
- Ən çox istifadə olunan metoddur
- KT altında aparılması məsləhət olunur
- Mütləq antimikrob və ya antifunqal müalicə fonunda aparılmalıdır
- Ən azı (absesin diametrindən asılı olaraq) 5 – 7 gün aktiv fəaliyyət göstərməli
- KT ilə kontrol edilməlidir
- Öd yollarında mexaniki bir obstruksiya varsa və ya xolangit əlamətləri varsa mütləq şəkildə perkutan drenaj ilə yanaşı, ERCP olunmalıdır
Cərrahi drenaj
- Daha az istifadə olunur
- Inadekvat perkutan drenaj olduqda istifadə oluna bilir
- Abseslərin diametri ˃ 5 sm olduqda və çoxsaylı abseslər zamanı aparılır
Qaraciyər biopsiyası
Göstəriş
- Görüntüləmə və laborator olaraq törəmənin və ya parenxima xəstəliyinin diaqnozunu qoymaq mümkün olmayanda diaqnostik məqsədlə aparılır.
- Proqnostik və bəzən də müalicə planını seçmək üçün tədbiq eilir
Metodları
- Perkutan
- Laparoskopik
- Açıq cərrahi əməliyyat
Perkutan biopsiyanın aparılma qaydaları
- ən çox USM altında aparılır
- Trucut və ya Menghini iynəsi vasitəsi ilə aparılır
- Lokal anesteziya adətən yetərli olur
- Qabırğaarası sahədən girilir
- Nadir hallarda radioloji kontrol altında transyuqulyar girişimi da istifadə oluna bilir
Fəsadları
- Qarında ağrı
- Sağ çiyin nahiyyəsində ağrı
- Qanaxma
- Biliar sızma
- Biliar peritonit (öncədən biliar obstruksiya varsa, riski yüksəlir)
- Ölüm faizi (0.01%)
Əks göstərişlər
- Potensial rezeksiya olunacaq şişlər zamanı olunması məsləhət edilmir (disseminasiya riski yüksək)
- Dəridə infeksion prosesin olması
- Öd yollarında obstruksiya (öd peritoniti riski çox yüksək)
- XOAX
- Aşırı assit olan xəstələr
- Kəskin anemiyalı olan xəstələr
- Koaqulopatiya
Peritoneovenoz yanyol (LeVeen şuntu)
Tərifi
- Peritonda olan assitik mayenin peritoneumdan venalara drenaj ediləsinə deyilir. Bu məqsədlə daxili yuqulyar vena və ya yuxarı boş vena istifadə olunur.
- Refrakter assit ilə olan xəstələrdə daha çox istifadə olunur.
- Uzun, dərialtına qoyulmuş birtərəfli klapan olan boru vasitəsi ilə aparılır.
Fəsadlar
- infeksiya
- Yuxarı boş vena trombozu
- pulmonar ödem
- varikoz genəlmiş damarlardan qanaxma
- disseminasiya olunmuş damardaxili koaqulopatiy
Kasai əməliyyatı (hepatoportoenterostomiya və ya Kasai portoenterostomiya)
- Biliar areziya ilə uşaqlarda aparılır (80% ilk 60 günlüyündə)
- Öd axınını mədə - bağırsaq traktına təmin etmək məqsədi ilə aparılır.
- Roex en Y tipli portoenteroanastomoz qoyulur.
Əməliyyatsonrakı fəsadlar:
- qalxan xolangit
- portla hipertenziya və buna bağlı fəsadlar
- intrahepatik biliar sistlər
- biliar sistlərin irinləməsi
- zəif inkişaf və malnutrisiya
Hemihepatektomiya
Tərifi
Qaraciyərin bir payının (sol və ya sağ) cərrahi rezeksiyasına deyilir.
Göstərişlər
- sağlam şəxslərdə (canlı vericili qaraciyər köçürməsi zamanı)
- qaraciyər xəstəlikləri
- qaraciyər xoşxassəli xəstəliklər (hepatoselullar adenoma, hepatik hemangioma, fokal nodulyar hiperplaziya)
- qaraciyər bədxassəli xəstəliklər (hepatoselullar karsinoma, qaraciyərdə metastaz zamanı)
- intrahepatik çoxsaylı daşlar
- parazitik sistlər zamanı
Texnikası:
- ümümi anesteziya altında aparılır
- bilateral subkostal kəsikdən istifadə olunur (Calne və ya Mersedes kəsiyi)
- qaraciyər mobilizasiyası aparılır (bağlar)
- xolesistektomiya edilir
- qaraciyər qapısının mobilizasiyası
- Pringle manevrası
- Aşağı boş venadan qaraciyərin mobilizasiyası
- Parenximanın kəsilməsi
- Hepatoduodenal bağın elementlərin kəsilməsi
- Qaraciyər payının çıxarılması
Əməliyyatsonrakı ağırlaşmalar:
- Qanaxma
- Biliar sızma
- Biliomanın əmələ gəlməsi
- Qaraciyər yetməzliyi (kiçik qaraciyər sindromu)
- Infeksiya
- Ağciyər atelektazı
- Plevrit
- Abses
- hematoma
- Əməliyyatsonrakı ventral yırtıq
Qaraciyər kənari rezeksiyaları (Wedge resection)
Tərifi
Qaraciyər kənarının üçkünc tipli rezeksiyalarına deyilir
Göstərişlər:
- Solitar kiçik metastatik şişlər
- Simptomatik kiçik hemangiomalar
- Simtomatik kiçik fokal nodulyar hiperplaziya
- Hepatik adenomalar
- Kiçik simptomatik sistlər
- Hepatoselular karsinomaya şübhəsi olan bütün kiçik olçülü (˂ 2sm) törəmələr
Əks göstərişlər:
- Zəif kardiorespirator funksiya
- Ümumi anesteziya riskləri
- Hemodinamik qeyri – stabillik
- Peritonit
- Kəskin koaqulopatiya (nisbi)
- Morbid obez xəstələr (nisbi)
- Sirrotik qaraciyər
- Əvvəlki açıq hemihepatektomiya keçirən xəstələr (nisbi)
Əməliyyatsonrakı ağırlaşmalar:
- respirator ağırlaşmalar
- qanaxma
- hemobiliya
- biliar sızma
- bilioma
- infeksiya və abses
- qaraciyər yetməzliyi və assit
- hematoma
- əməliyyatsonrakı ventral yırtıq
Qaraciyərin və öd yollarının əməliyyatdaxili USM
İntraoperativ US müayinəsi son illərdə daha aktiv istifadə olunan bir metoddur. Qaraciyərin seqmentar rezeksiyalarında və ya hemihepatektomiyalarda, metastazektomiyalarda və canlıdan qaraciyər köçürülməsi əməliyyatları zamanı, cərraha vacib olan qaraciyərin anatomik quruluşu, anatomik anomaliyalar haqqında məlumat verir bununla da əməliyyatın həcmini, rezeksiya variantlarını və patoloji prosesin yayılma dərəcəsini haqqında məlumat verir.
Əməliyyatdaxili ultrasəs müayinəsi 5MHz T tipli linear və ya əyri transdüser ilə aparılır (şək.1)
müayinəni aparan radioloq cərrahi sterilizasiyaya uyğun şəkildə əməliyyatda iştirak edir.
Transabdominal müayinələrdən fərqli olaraq US gel yerinə normal fizioloji məhluldan istifadə olunur. Ilk olaraq qaraciyər anatomik quruluşu müəyyən edilir (seqmentlər, damarların anatomiyası, öd yollarının variantları və s.) (şək.2)
Sonradan isə patoloji prosesin yerləşmə nahiyyəsi, yayılma dərəcəsi, damarlara olan münasibətini,invaziya dərəcəsini və rezeksiya olunacaq sahənin adekvat olub olunmamasını müəyyən edilir.
Damarların anatomiyası və qan axının ölçülməsi rəngli Doppler müayinəsi ilə aparılır (şək.3).
Intraoperativ US müayinəsi transabdominal US müayinəsi ilə müqayisədə daha sensitiv və spesifikdir (98 və 95% təşkil edir).
Əməliyyatdaxili US müayinəsi ilə preoperativ MR müayinəsi arasında da fərqlər mövcuddur, belə ki MR müayinəsi zamanı sensitivlik 86,7% olunca US müayinəsinin sensitivliyi 94,3% çatır.
Trifazik KT müayinəsi ilə müqaisədə, intraoperativ US spesifikliyi və sensitivliyi demək olar ki eynidir, hətta 50% xəstələrdə intraoperativ US müayinəsi cərrahlara əlavə informasiyanı verilməsi haqqında yazılarda var, bu da öz növbəsində 15% hallarda öncədən planlaşdırılan cərrahi taktikasının dəyişdirilməsinə gətirib çıxarıb.
Seqment III bypass əməliyyatı
Tərifi:
- Obstruktiv sarııqda, qaraciyər qapısı patoloji proses ilə tutulan zaman intrahepatik öd yolu ilə bağırsaq arasında qoyulan anastomoza deyilir.
- Qaraciyər qapısında yerləşən bədxassəli proseslər zamanı xəstələrin 80% palliativ əməliyyatlar aparılmaqdadır (metastaz və ya lokal yayılması səbəbi ilə)
Məqsəd:
- Uzun müddətli öd axınını bərpa edilməsi və bununla xəstələrin əziyyət çəkdikləri simptomlardan azad edilməsidir (qaşınma, xolangit, ağrı, sarılıq)
- Bu tip xəstələrin yaşama keyfiyyətini artırması
Göstərişlər:
- Rezeksiya oluna bilməyən ümumi öd axarının bədxassəli obstruksiyası (daha çox öd kisəsi karsinomalarında)
- Uzun məsafəli xoşxassəli strikturaları (ümumi öd axarına girilməsi mümkün olmayanda)
- Biliar xaçanın tam obliterasiyası zamanı (hilar xolangiokarsinomalarda)
Əks göstərişlər:
Klinik kriteriyaları:
- Uzaq metastazlar
- Aşırı dərəcəli assitlər
- Hipoalbuminemiya
Görüntüləmə üsulları
- Qaraciyərin sol payının atrofiyası
- Patoloji prosesin sol öd axarının tam tutulması
Əməliyyat kriteriyaları:
- peritoneal metastazlar
- girdə bağının əsasının prosesə cəlb olunması
- yüksək dərəcəli portal hipertenziya
Texnika:
- Ümumi anestaziya altında aparılır
- Kəsik tərs L və ya sağ subkostal
- I mərhələ - III və IV seqmentlər arası sahənin açılması
- Ümumi öd axarının ekspozisiyası (hepatoduodenal bağın disseksiyası)
- Seqment III axarının identifikasiyası
- Bilioentral anastomozun qoyulması
Əməliyyat sonrakı ağırlaşmalar:
- Biliar sızma
- Bilioma
- Abses
- Qaraciyər disfunksiyası
- Intraabdominal qanaxma
- Anastomozun erkən strikturası
- Biliar strikturanın residivi (xoşxassəli)
- Biliar strikturanın residivi (bədxassəli)
- Xolangit
Qaraciyər əməliyyatlarından sonrakı ağırlaşmalar
Qaraciyər əməliyyatsonrakı ağırlaşmalar iki əsas qrupa bölünürlər:
- Spesifik
- Qeyri – spesifik
- Anestezioloji
Spesifik ağırlaşmalar – qaraciyər cərrahiyəsinə bağlı ağırlaşmalardır. Ən çox rast gələn ağırlaşmalar aşağıdakılardır:
- Qanaxma (intraabdominal və hemobiliya)
- Biliar sızmalar
- Bilioma
- Biliar strikturalar
- Abses (qaraciyər və peritondaxili)
- Qaraciyər disfunksiyası
- Sepsis
- Xilyoz assit
Qeyri – spesifik ağırlaşmalarına ümumi cərrahi əməliyyata bağlı ağırlaşmalardır. ən çox rast gələn ağırlaşmalar aşağıdakilardır:
- Ağciyər atelektazı
- Plevrit
- Pnevmoniya
- Sidik yolları infeksiyaları
- Yara irinləmələri
- Postoperasiyon ventral yırtıqlar
- Bitişmə mənşəli bağırsaq keçməməzliyi
- Yatrogen bağırsaq zədələnmələri
- Dərin vena trombozları
Anestezioloji fəsadlar – verilən ümumi narkoz fəsadlarına deyilir.
- Allergik reaksiyalar
- Ölüm