N.Y.Bayramov, R.A.Məmmədov
Tərifi
Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir.
Təsnifatı
Etiologiyasına görə qaraciyər absesi 3 qrupa ayrılır:
- Amöb absesi
- İrinli (piogenik) abses
- Göbələk absesi
Etiologiyası və patogenezi
Amöb absesləri təkhüceyrəli trofozoid olan Entamoebae histolytica tərəfindən törədilir və adətən amöb dizenteriyası keçirmiş xəstələrdə rast gəlir.
İrinli abses əksər hallarda qaraciyərdə və ya digər orqanlardakı xəstəliklərin ağırlaşması kimi ortaya çıxır: öd yolları xəstəlikləri, travma, arterial tromboz, pioflebit, kistlərin, bəd xassəli şişlərin, hətta amöb abseslərinin infeksiyalaşması. Bu xəstəliklər qaraciyərdə infeksiyanın inkişafı üçün şərait yaradaraq (nekroz, işemiya, durgunluq) və patogen mikroorqanizmlərlə yoluxma törədərək absesə səbəb olurlar. İrinli abseslərdə polimikrobial (qram müsbət, qram mənfi, anaerob) flora tapılır: ən çox E. Coli, Klebsiella və anaerob bakterioidlər.
Göbələk absesi adətən immunosupressiv xəstələrdə rast gəlir (HİV, kimyaterapiya, radioterapiya, immunosupressiya) və patogen kimi daha çox Candida göbələkləri tapılır.
Gedişi və ağırlaşmaları
Abseslər müalicə olunmadıqda letallığa gəririb çıxarır. Müasir müalicələrlə amöb abseslərinin əksəriyyətini (95%) sağaltmaq mümkün olsa da, piogenik (30%) və göbələk abseslərində (50%) letallıq hələ də yüksəkdir.
Ağırlaşmaları
- Sepsis
- Qarın boşluğuna açılma və peritonit
- Xolangit
Klinikası
- Yüksək hərarət, üşütmə, qarında ağrı və sepsis əlamətləri irinli abseslərdə rast gəlir.
- Zəif xəstələrdə və amöb abseslərində hərarət çox yüksək olmur.
Diaqnostikası
Şübhə
Hərarət, üşütmə, sepsis və qarında ağrı əlamətləri olan xəstədə aşağıdakılardan hər hansı biri varsa absesdən şübhələnmək olar:
- son bir neçə ay ərzində dizenteriya
- öd yolları xəstəlikləri və müdaxilələri
- diabet
- qaraciyər xəstəlikləri (exinokokk, törəmələr və s), travmaları
- qarın boşluğunda iltihabı xəstəliklər
- immunosupressiya
Dəqiqləşdirmə
Abses diaqnozunu dəqiqləşdirmək üçün klinik əlmətlərlə yanaşı görüntüləmə və laborator müayinələr aparılmalıdır. Yerli və ümumi sepsis əlamətləri ilə yanaşı USM və ya tomoqrafiyada qaraciyərdə abses boşluğun görünməsi diaqnozu dəqiqləşdirir. Absesdə qaztörədən bakteriyalar olduqda və ya bağırsağa açılarsa içərisində qaz görünür (25%).
Diaqnostik əlamətləri:
- Ağrı, hepatomeqaliya, hərarət, septik əlamətləri
- Laborator septik əlamətlər
- Görüntüləmədə destruktiv ocaq
Differensial diaqnostika
- İrinli və amöb absesinin differensasiyasında iki yol tövsiyə edilir: patogen parazitin tapılması və ya empirik müalicəyə cavab.
- İFA metodu ilə plazmada amöb anticisimlərinin təyini (95%) differensasiyada, plazmada antigenlərin titrini təyini isə (ELIZA) müalicənin effektivliyini və residivləri müəyyənləşdirmədə istifadə edilir.
- Absesin müalicəsinə metronidazol əlavə etməklə gedişata baxılır. Amöb abseslərində bu müalicə adətən 3 – 4 gün ərzində effekt verir.
- Sistlərdən fərqli olaraq abseslərin sərhədi kəskin olmur, möhtəviyyatının sıxlığı yüksək, hətta nekrotik toxumalar olarsa, heterogen görünür.
Müalicəsi
Amöb absesləri əsasən konservativ yolla, piogenik və göbələk absesləri isə drenaj və antibiotiklərlə müalicə edilir.
- Amöb abseslərində ilk seçim metronidazoldur: (gündə üç dəfə 750 mq dozada, 5 – 10 gün, sonra lüminal müalicə kimi yodoxinol 20 gün, paramomisin 7 gün, diloksanid fomat 10 gün) aparılır. Amöb absesində cərrahi müalicəyə (dəridənkeçən və ya cərrahi drenaj) az hallarda (10%) ehtiyac yaranır.
- İrinli abseslərin müalicəsində standart tədbirlər antibiotikoterapiya və drenajdır.
- Antibiotikoterapiya 6-8 həftə davam etdirilir.
- Absesin drenajı üçün dəridən keçən və cərrahi drenajlar yerinə yetirilə
- Qarın boşluğunda əməliyyat tələb edən xəstəliklər olduqda, böyük (>5 sm) və çoxlu abseslərdə, qatı tərkibli abseslərdə, dəridən keçən drenaj yetərsiz olduqda abses boşluğu açıq və ya laparoskopik yolla drenaj Lakin şok və poliorqan yetməzliyi əməliyyata əks göstərişdir.
- Göbələk abseslərində drenajla yanaşı antifunqal dərmanlar (amfoterisin) istifadə edilməlidir.
Şəkil 2. Qaraciyər absesində müalicə və proqnoz
Özət
Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir, səbəbinə görə irinli (piogenik), amöb və göbələk absesi ayırd edilir.
İrinli abses adətən qaraciyərin və öd yolları xəstəliklərinin ağırlaşmasıdır, qaraciyərdə nekroz, işemiya, durğunluq və infeksiyalaşma əmələ gəlmə mexanizmləridir. Xəstəlikdə kəskin ağrı, hərarət, sarılıq əlamətləri olur, xəstələrin vəziyyəti ağır və septik olur, müalicə olunmadıqda letallıq çox yüksəkdir. Diaqnozu klinik və görüntüləmə əlamətlərinə görə qoyulur. Müalicəsi üçün drenaj, antibiotikoterapiya, dəstək müalicələri tətbiq edilir.
Amöb absesi trofozoid olan Entamoebae histolytica tərəfindən törədilir, adətən amöb dizenteriyası keçirmiş xəstələrdə rast gəlir, letallığı irinli absesdən azdır, plevropulmonal ağırlaşmalar çox rast gəlir. Diaqnostikasında immunoloji və PZR müayinələr tətbiq edilir. Antiamöb müalicə əksər hallarda fayda verir, drenaj az hallarda lazım gəlir.
Göbələk absesi immunosupressiv xəstələrdə rast gəlir, törədicisi adətən Candida göbələkləridir, letallığı yüksəkdir, müalicəsi üçün drenaj və antifunqal müalicə lazımdır.
Qaraciyər absesləri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Qaraciyər absesi nədir? |
Qaraciyərdə irinli nekrotik ocaq |
Hansı növləri var? |
Səbəbinə görə 3 növü var: amöb, irinli və göbələk |
Amöb absesinin xarakterik cəhətləri hansılardır?
|
|
İrinli absesin xarakterik cəhətləri hansılardır? |
|
Göbələk absesinin xarakterik cəhətləri hansılardır? |
|
Qaraciyər absesləri ən çox hansı payda yerləşir? |
Sağ pay>sol pay |
Ən geniş yayılmış iki növü? |
Bakterial və amöbik |
Bakterial abses daha çox birincili yoxsa ikincili xəstəlikdir? |
İkincilidir, diğər xəstəliklərin ağırlaşmasıdır. |
Bakterial absesin səbəbləri və infeksiyalaşma yolları hansılardır? |
Qaraciyərin lokal xəstəlikləri (travma, işemik nekrozu, kist, törəmə) Öd yollarının iltihabı xəstəlikləri və biliar yayılma Gastrointesinal infeksiyalar və portal yayılma (appendisit, divertikulit, pankreatit) Sistemik xəstəliklər (sepsis, bakteremiya) Kriptogen |
Hansı abses konservativ yolla müalicə oluna bilər? |
Amöb absesi |
Göbələk absesi kimlərdə rast gəlir? |
İmmunosupressiv xəstələrdə |
Hansı növün proqnozu daha pisdir? |
Göbələk absesi |
Abseslərdə hansı bakteriya daha çox rast gəlir? |
Gram negativ E.coli, Klebsiella, Proteus və anaeroblar |
Bakterial qaraciyər abseslərin ən çox rast gələn mənbəyi hansıdır? |
Xolangit, divertikulit, qaraicyər kanseri, qaraciyər metastazları |
Simptomları hansılardır? |
Yüksək hərarət, üşütmə, ağrı, sarılıq, sepsis, qaraciyər göstəricilərində artma, leykositoz |
Diaqnoz necə dəqiqləşir? |
Klinik əlamətlər və KT-də hava-maye səviyyəsi |
Müalicəsi necədir? |
Antibiotikoterapiya və drenaj |
Drenaj hansı üsullarla aparılır? |
Perkutan (USM və ya KT altında) və cərrahi (açıq və ya laparoskopik) |
Cərrahi drenaja göstəriş? |
Perkutan uğursuz olarsa. Cərrahi drenaj çox saylı abseslərdə uğursuzdur. |
Amöb absesinin etiologiyası nədir? |
Entamoeba histolytica (intestinal amöbiazisdə portal venadan keçərək qaraciyərə gəlir) |
Yayılma yolu? |
Fekal-oral |
Risk faktorları? |
Amobiazisin yayğın olduğu bölgələr, hemoseksuallar, alkollu xəstələr |
Əlamətləri hansılardır? |
Ağrı, yüksək hərarət, hepatomegaliya, diareyya. Qeyd: Titrətmə amöbik abseslərdə piogen abseslərə nisbətən az olur. |
Daha çox hansı pay zədələnir? |
Sağ pay |
Abses möhtəviyyatının klassik təsviri? |
Qəhvə rəngli irin |
Diaqnoz üçün müayinələr hansılardır? |
Laborator, USM və KT |
Hansı laborator test aparılmalıdır? |
İFA metodu ilə plazmada amöb anticisimlərinin təyini və ya PZR |
Müalicəsi necədir? |
Metronidazol |
Cərrahi drenaja göstəriş? |
Əgər metronidazola cavab vermirsə və ya partlamışsa |
Sol payda olan böyük amöbik qaraciyər xəstəliyinin hansı mümkün ağırlaşmaları var? |
Perikardial kisənin eroziyası (adətən ölümlə nəticələnir) |