N.Y.Bayramov, R.A.Məmmədov
Angiomiolipoma
- Angiomiolipoma 3 komponentdən ibarət xoşxassəli törəmədir: geniş damarlar (mikroanevrizmalar), saya əzələ hüceyrələri və yağ toxuması.
- Ölçüləri adətən 5 sm-dən böyük olur.
- Daha çox böyrəklərdə rast gəlir
- Qc-də 10-20% hallarda böyrəklərdəki angiolipoma ilə birlikdə görünür.
- Adətən böyüməz və ətrafa təzyiq göstərməzlər, maliqnizasiya ehtimalları yoxdur.
- Simptom və biokimyəvi dəyişiklik törətmirlər, adətən təsadüfi müayinələrdə tapılırlar.
- Spesifik görüntüləmə əlaməti yoxdur.
- USM və KT-də dəqiq sərhədli törəmə kimi görünürlər.
- Tərkibində yağ olduğu üçün MRT T1 və T2-də hiperintens görünür, yağ supressiv testində siqnal itir.
- Lipomadan fərqli olaraq angiomiolipomalar kontrast tutur və geniş damarları görünür.
- Yağı az olan angiomiolipomaları digər törəmələrdən, xüsusən HCC və HA-dan fərqləndirmək çətin ola bilir. Belə hallarda biopsiya və ya rezeksiya lazım gəlir.
- Angiomiolipomanı rezeksiya etməyə gərək yoxdur, izləmək lazımdır.
Angiomiolipoma (KT görüntüsü)
Lipoma
- Lipoma damarlanması zəif, yağ toxumasından ibarət olan törəmədir.
- Adətən tək saylı olur.
- Böyüməyə, maliqnizasiyaya meyilli deyil.
- Simptom törətmir, laborator əlaməti yoxdur, təsadüfi müayinələrdə tapılır.
- Xarakterik 3 görüntü əlamətləri:
- dəqiq sərhədli, homogen törəmə
- kontrastsız KT-də yağ toxuması kimi hipodens və kontrast tutmur;
- T1 və T2-də hiperintens, yağ supressiya testində siqnallar sönər.
- Adətən müalicəsinə ehtiyac yoxdur.
Düyünlü transformasiya
- Toplumda təqribən 3% tezlikdə rast gəlir.
- Qc-in diametri 1-1,5 sm olan çoxsaylı düyünlərlə diffuz tutulmasıdır.
- Düyünlər normal hepatositlərdən təşkil olunmuşdur, lakin qaraciyər arxitektonikası pozulmuşdur: öd kanalcıqları, mərkəzi arteriyası və fibroz yoxdur.
- FNH-dan fərqli olaraq mərkəzi çapığı, öd kanalcıqları və mərkəzi arteriyası yoxdur.
- Sirrotik düyündən fərqli olaraq ətrafında və daxilində fibroz olmur.
- Hepatik adenomadan fərqli olaraq diffuz xəstəlikdir, geniş sinusoidləri yoxdur və qanaxmaya meyilli deyil.
- Mərkəzi və portal venanı sıxaraq portal hipertenziya törədə bilir.
- Maliqnizasiya ehtimalı var.
- Spesifik müalicəsi yoxdur, PH və HSX-ya görə izlənilir və ağırlaşma inkişaf edərsə uyğun müalicələr tətbiq edilir.
İltihabi psevdotumor
- Xroniki iltihab hüceyrələrindən (plazmatik, limfosit, dentritik), miofibroblastlardan və birləşdirici toxumadan təşkil olunmuş törəmədir.
- Adətən hipovaskulyar, kapsulsuz olur və ölçüsü bir neçə santimetrə çata bilir.
- Etiopatogenezi dəqiq məlum deyil. Miofibroblast proliferasiyası və xroniki iltihab nəzəriyyələri ehtimal edilir.
- Törəmə tapılmazdan əvvəl hərarət, ağrı kimi infeksiya əlamətləri ola bilir.
- Qc enzimlərində dəyişiklik, hətta biliar və portal obstruksiya törədə bilir.
- Spesifik diaqnostik əlamətləri yoxdur, diaqnostikasında əsas yeri biopsiya tutur.
- Differensiasiya çətinliyi varsa rezeksiya edilir.
- Diaqnozu dəqiqləşən psevdotumorların müşahidə olunması tövsiyyə olunur.
Iltihabi psevdotumor (KT görüntüsü)
Biliar adenoma
- Ədəbiyyatda xolangioma da adlanır
- Öd epitelindən inkişaf edir və fibroz toxuma ilə zəngindir
- Kiçik ölçülüdür (<1 sm), subkapsulyar yerləşir
- Adətən əlamət verməz, ağırlaşma törətməz
- Metastazdan fərqləndirməsinə ehtiyac yaranır
- Müalicəsinə ehtiyac yoxdur
Biliar hamartoma
- Öd axacağı, fibroz toxuma və iltihab hüceyrələrindən ibarətdir
- Kiçik olur, subkapsulyar yerləşir
- Adətən əlamət verməz, ağırlaşma törətməz
- Metastazlardan fərqləndirməyə ehtiyac yaranır
- Müalicəsinə ehtiyac yoxdur
Biliar hamartoma (ultrasəs görüntüsü)
Qaraciyər peliozu
- Qanla dolu suluqlar - sistlərdir
- Diametri 4-6 sm olur, ətrafında fibroz toxuma zəifdir
- Hamilələrdə, çox doğan qadınlarda, androgen və çoxlu antibiotik alanlarda rastlanır.
- Ağırlaşma ehtimalı yox dərəcəsindədir, lakin hamilələrdə partlamaya və qanaxmaya səbəb ola bilirər.
- Klinik və laborator olaraq büruzə verməzlər.
- Görüntüləmədə müxtəlif formalı (üçbucaq, dördbucaq şəkilli, ellipsəbənzər) və çoxsaylı kistlər kontrast tutur, T1-də və T2-də hiperintens (qan olduğu üçün) görünür.
- Müalicəsinə ehtiyac yoxdur
Hepatik peliozis
Lokal yağlanma pozulmaları
- Qaraciyərdə lokal yağlanan və ya yağlanmayan sahələrdir, törəmə deyil
- Qaraciyərin digər bölgəsindən fərqli göründüyünə görə ortaya çıxır
- Adətən IV seqmentdə və oraqvari bağın ətrafında rastlanır
- Kənarları dəqiq, forması xəritə şəkilindədir
- Yağ supressiya testində itirlər
Fokal yağlanma (KT , portal venoz faza)
Özət
Angiomiolipoma üç komponentdən ibarət olan (geniş damarlar, saya əzələ hüceyrələri və yağ toxuması) xoşxassəli törəmədir, adətən simptom törətməz, böyrəklə birlikdə qaraciyərdə də rast gələ bilər. MRT-nin T1 və T2-də hiperintens görüntülər, yağ supressiya testində itir, lakin yaxşı kontrast tutur. Müalicəyə gərək yoxdur.
Lipoma yağ toxumasından ibarətdir, adətən təksaylıdır, yağ supressiya testində itir və kontrast tutmur, müalicəsinə gərək yoxdur.
Düyünlü transformasiya Qc-in diametri 1-1,5 sm olan çoxsaylı düyünlərlə diffuz tutulmasıdır. Düyünlər normal hepotositlərdən təşkil olunur, qaraciyər arxitektonikasını pozur, düyünlərdə öd kanalcıqları, mərkəzi arteriyası və fibroz yoxdur. Xəstəlik portal venanı və mərkəzi venanı sıxaraq PH törədə bilir, maliqnizasiya ehtimalı var. Diaqnozu adətən biopsiya ilə dəqiqləşdirilir. PH və malignizasiya baş verərsə müalicə etmək lazımdır.
İltihabi psevdotumor xroniki iltihab hüceyrələrindən (plazmatik, limfosit, dentritik), miofibroblastlardan və birləşdirici toxumadan təşkil olunur, maliqnizasiya ehtimalı yoxdur, regressiya ola bilir. Diaqnozu adətən biopsiya və çıxarıldıqdan sonra patohistoloji müayinə ilə dəqiqləşdirilir. Simptom törədən və differensasiya çətinliyi olanlarda rezeksiya edilə bilər.
Biliar adenoma öd epitelindən inkişaf edən və fibroz toxuma ilə zəngin törəmədir, adətən kiçik ölçülüdür (<1 sm), subkapsulyar yerləşir, əksər hallarda əlamət verməz və ağırlaşma törətməz. Diaqnostikasında metastazdan fərqləndirmək gərəkir, diaqnozu biopsiya ilə dəqiqləşdirilir, müalicəsinə ehtiyac yoxdur.
Biliar hamartoma öd axacağı, fibroz toxuma və iltihab hüceyrələrindən ibarət, kiçik, subkapsulyar törəmələrdir, adətən əlamət verməz, ağırlaşma törətməz və metastazlardan fərqləndirmək lazım gələ bilir və müalicəsinə ehtiyac yoxdur.
Qaraciyər peliozu qanla dolu diametri 4-6 sm olan suluqlardır, ətrafında fibroz toxuma zəifdir, görüntüləmədə müxtəlif formalı və çoxsaylı kistlər kontrast tutur, T1-də və T2-də hiperintens görünür, müalicəsinə gərək yoxdur.
Qaraciyərdə lokal yağlanan və ya yağlanmayan sahələr digər bölgəsindən fərqli göründüyünə görə ortaya çıxaraq törəmə kimi görünə bilirlər. Adətən IV seqmentdə və ətrafında rastlanır, forması xəritəyə oxşayır, yağ supressiya testində itirlər.
Qaraciyərin digər xoş xassəli törəmələri üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Angiomiolipoma nədir? |
3 komponentdən ibarət xoşxassəli törəmədir: geniş damarlar (mikroanevrizmalar), saya əzələ hüceyrələri və yağ toxuması |
Gediş xüsusiyyəti necədir? |
Adətən böyüməz və ətrafa təzyiq göstərməzlər, maliqnizasiya ehtimalları yoxdur |
Klinik əlamətləri hansılardır? |
Adətən asimptomatik olurlar. |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
MRT – T1 və T2-də hiperintens görünür, yağ supressiv testində siqnal itir (tərkibində yağ olduğu üçün); USM və KT – dəqiq sərhədli törəmə; |
Differensial diaqnostika? |
Hepatoselulyar karsinoma və hepatik adinomalar; Lipomadan fərqli olaraq angiomiolipomalar kontrast tutur və geniş damarları görünür; |
Müalicə üsulları hansılardır? |
Müşahidə |
Əməliyyata göstərişlər nələrdir? |
Bəd xassəli törəmələrdən diferensiasiya çətinliyi |
Əməliyyat üsulları hansılardır? |
Rezeksiya |
|
|
Lipoma nədir? |
Damarlanması zəif, yağ toxumasından ibarət olan törəmədir. |
Gediş xüsusiyyəti necədir? |
Böyüməyə və maliqnizasiyaya meyilli deyil. |
Klinik əlamətləri hansılardır? |
Asimptomatik |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Görüntüləmə əlamətləri nələrdir? |
USM – dəqiq sərhədli, homogen törəmə; KT – yağ toxuması kimi hipodens və kontrast tutmur; MRT – T1 və T2-də hiperintens, yağ supressiya testində siqnallar sönər; |
Müalicə üsulları hansılardır? |
Adətən müalicəsinə ehtiyac yoxdur |
|
|
Düyünlü transformasiya nədir? |
Qaraciyərin diametri 1-1,5 sm olan çoxsaylı düyünlərlə diffuz tutulmasıdır. |
Rastgəlmə tezliyi nə qədərdir? |
Toplumda təqribən 3% tezlikdə rast gəlir. |
Histoloji quruluşu necədir? |
Düyünlər normal hepatositlərdən təşkil olunmuşdur, lakin qaraciyər arxitektonikası pozulmuşdur: öd kanalcıqları, mərkəzi arteriyası və fibroz yoxdur. |
Diiferensial diaqnostika: |
FNH-dan fərqli olaraq mərkəzi çapığı, öd kanalcıqları və mərkəzi arteriyası yoxdur. Sirrotik düyündən fərqli olaraq ətrafında və daxilində fibroz olmur. Hepatik adenomadan fərqli olaraq diffuz xəstəlikdir, geniş sinusoidləri yoxdur və qanaxmaya meyilli deyil. |
Ağırlaşmaları nələrdir? |
|
Müalicə üsulları hansılardır? |
Spesifik müalicəsi yoxdur, PH və HSK-ya görə izlənilir və ağırlaşma inkişaf edərsə uyğun müalicələr tətbiq edilir. |
|
|
İltihabi psevdotumor nədir? |
Xroniki iltihab hüceyrələrindən (plazmatik, limfosit, dentritik), miofibroblastlardan və birləşdirici toxumadan təşkil olunmuş hipovaskulyar, kapsulsuz törəmədir. |
Səbəbi və ya risk faktorları nələrdir? |
Dəqiq məlum deyil. Miofibroblast proliferasiyası və xroniki iltihab nəzəriyyələri ehtimal edilir. |
Klinik əlamətləri hansılardır? |
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
Spesifik diaqnostik əlamətləri yoxdur, diaqnostikasında əsas yeri biopsiya, bəzən də rezeksiya tutur. |
Əməliyyata göstərişlər nələrdir? |
Differensiasiya çətinliyi olduqda |
|
|
Biliar adenoma - xolangioma nədir? |
Öd epitelindən inkişaf edən və fibroz toxuma ilə zəngin, kiçik ölçülü (<1 sm), subkapsulyar xoş xassəli törəmədir |
Klinik əlamətləri hansılardır? |
Adətən asimptomatik və ağırlaşmasızdır |
Differensasiya? |
Metastazlardan |
Müalicə üsulları hansılardır? |
Müalicəsinə ehtiyac yoxdur |
|
|
Biliar hamartoma nədir? |
Öd axacağı, fibroz toxuma və iltihab hüceyrələrindən ibarət, kiçik, subkapsulyar xoşxassəli törəmələrdir |
Klinik əlamətləri hansılardır? |
Adətən asimptomatik və ağırlaşmasızdır |
Differensasiya? |
Metastazlardan |
Müalicə üsulları hansılardır? |
Müalicəsinə ehtiyac yoxdur |
|
|
Qaraciyər peliozu nədir? |
Diametri 4-6 sm olan, ətrafında zəif fibroz toxuma olan qanla dolu suluqlar - sistlərdir |
Risk faktorları nələrdir? |
|
Ağırlaşmaları nələrdir? |
Ağırlaşma ehtimalı yox dərəcəsindədir, lakin hamilələrdə partlamaya və qanaxmaya səbəb ola bilərlər. |
Klinik əlamətləri hansılardır? |
Klinik və laborator olaraq biruzə verməzlər. |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Görüntüləmə əlamətləri nələrdir? |
Kontrast KT – müxtəlif formalı və çoxsaylı kistlər kontrast tutur; MRT – T1-də və T2-də hiperintens (qan olduğu üçün) görünür; |
Müalicə üsulları hansılardır? |
Müalicəsinə ehtiyac yoxdur |
|
|
Lokal yağlanma pozulmaları nədir? |
Qaraciyərdə, adətən IV seqmentdə və oraqvari bağın ətrafında, kənarları dəqiq, forması xəritə şəkilində lokal yağlanan və ya yağlanmayan sahələrdir, törəmə deyil |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Görüntlüləmə əlamətləri nələrdir? |
Qaraciyərin digər bölgəsindən fərqli göründüyünə görə ortaya çıxır, yağ supressiya testində itirlər |
Müalicəsi? |
Müalicəsinə ehtiyac yoxdur. |