Qaraciyərin anatomiyası və funksiyaları üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Anatomiyası
Qaraciyərin çəkisi nə qədərdir? |
Təxminən 1100-1600 qr. |
|
Qaraciyərin bədən çəkisinə nisbəti nə qədərdir? |
Qaraciyər bədən çəkisinin 2%-ni təşkil edir. |
|
Qaraciyərin nə qədər hissəsini rezeksiya etmək olar? |
75%-ni. Bundan çox hissəsi rezeksiya edildikdə qalan qaraciyər regenerasiya edə bilmir və məhv olur (kiçik qaraciyər sindromu adlanan vəziyyət inkişaf edir). |
|
Qaraciyər kapsulasının adı nədir? |
Qlisson kapsulası |
|
“Çılpaq” sahə hardadır? |
Qaraciyər seqmentinin arxa seksiyası diaqfraqmanın əks tərəfi “çılpaq” sahədir, peritoneal örtük yoxdur. |
|
“Cantlie” xətt nədir? |
Qaraciyəri sol və sağ paya bölən öd kisəsi ilə aşağı boş vena arasında çəkilən xəttdir. |
|
Qarnın ön divarından qaraciyərə doğru gedən hansı bağdır? |
Girdə və oraqvari bağ. Girdə bağda obliterasiya etmiş göbək venası yerləşir. |
|
Oraqvari bağ (Lig.falciform) nədən təşkil olunub? |
Oraqvari bağ ikiqat periton təbəbqəsindən təşkil olunub, qaraciyər ilə qarının ön divarı və diafraqma arasında yerləşir, qaraciyəri təsbit edən bağdır. |
|
Tac bağlar nədir? |
Oraqvarı bağın davamıdır, qaraciyəri diafraqmaya birləşdirir. |
|
Qaraciyərin üçbucaq bağları nədir? |
Sağda və solda ön ilə arxa tac bağların birləşdiyi hissədir. |
|
Qaraciyərin qan təchizatının xüsusiyyəti nədir? |
Həm arterial, həm də venoz qanla təchiz olunur. |
|
Qaraciyər qanın hansı hissəsini qapı venasından, hansı hissəsini arteriyadan alır? |
Qaraciyər qanın 75%-ni qapı venasından, 25%-ni arteriyadan alır. |
|
Qaraciyər oksigeni hansı qandan alır? |
Qaraciyər oksigenin 50%-ni arterial qandan, 50%-ni qapı venası qanından alır. |
|
Qaraciyərin arterial təchizatını hardan alır? |
Əsasən qarın kötüyündən çıxan ümumi qaraciyər arteriyasının davamı olan xüsusi qaraciyər arteriyasından. |
|
Qarın kötüyünün hansı şaxələri var? |
Ümumi qaraciyər, sol mədə və dalaq arteriyaları. |
|
Ümumi qaraciyər arteriyasının hansı şaxələri var? |
Sağ mədə arteriyası, qastroduodenal arteriya və davamı olan xüsusi qaraciyər arteriyası. |
|
Qaraciyər hansı anatomik hissələrə bölünür? |
Qaraciyər iki paya, 4 sektora, 8 seqmentə və milyonlarla paycıqlara bölünür. |
|
Qaraciyərin paylarının sərhəddi hansıdır? |
Orta qaraciyər venası |
|
Qaraciyərin sektorları hansılardır? |
Sağ ön və arxa (medial və lateral), sol medial və lateral |
|
Qaraciyərin seqmentləri hansılardır? |
I-VIII seqmentlər. |
|
Seqmentləri necə yadda saxlamaq olar? |
Seqmentlər qaraciyərə üst tərəfədən baxdıqda saat əqrəbi istiqamətdə spiralşəkilli düzülür. Ən aşağıda I seqment, ən yuxarıda VIII seqment yerləşir. |
|
Qaraciyər sinusoidi nədir? |
Qaraciyərdəki qan kapilyarı. |
|
Qaraciyər kapilyarı necə əmələ gəlir? |
Arteriola və qapı venulaları paycıqlarda birləşərək kapilyar əmələ gətirirlər və bu mərkəzi venaya açılır. |
|
Qaraciyər sinusoidlərinin digər kapilyarlardan fərqi varmı? |
Var, bazal membranları yoxdur və endoteldə böyük dəliklər var və divarında makrofaqlar da (Kupffer hüceyrələri) yerləşir. |
|
Qaraciyərin hansı funksiyaları var? |
Detoksikasiya, sintez, tənzimləmə, sekresiya və hemodinamik. |