Özət
Qaraciyərin xoş xəssəli törəmələri arasında ən çox rast gəlinəni hemangioma, fokal nodulyar hiperplaziya və adenomadır. Liopma, angiolipoma az rast gəlinir.
Hemangioma damarların torbaşəkilli genişlənməsi nəticəsində əmələ gələn damar şişidir, qaraciyərin ən çox rast gəlinən xoşxassəli törəməsidir, əksəriyyəti 5 sm-dən kiçikdir. Hemangiomalar zəif böyüyərlər, az hallarda isə (10%) iltihablaşma, nekrozlaşma, fibroz, tromblaşma, trombositopeniya ilə ağırlaşa bilərlər. Qanaxma riski çox az, maliqnizasiya riski isə yox dərəcəsindədir. Diaqnozu əksər hallarda (90%) görüntüləmə ilə qoyulur, T1-də hipointens, T2-də parlaq görünmə, arterial fazada periferik düyünşəkilli kontrastlaşma, doplerdə axının görünməməsi xarakterik əlamətləridir. Asimptomatik hemangiomalarda müalicəyə gərək yoxdur, simptomatik və ağırlaşmış hemangiomalarda rezeksiya və ya enokulyasiya tövsiyə edilir.
Hemangioma üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Qaraciyərdə ən çox rast gələn kanser hansıdır? |
Metastatik şişlər, qaraciyərin xərçəngi ilə müqayisədə 20:1. İlkin mənbə daha çox qastrointestinal traktda olur. |
Qaraciyərin çox rast gələn birincili bədxassəli törəməsi hansıdır? |
Hepatosellular karsinoma (hepatoma) |
Qaraciyərin çox rast gələn birincili xoşxassəli törəməsi? |
Hemangioma |
Qaraciyər metastazları hansı qaraciyər testləri ilə müəyyən edilir? |
ALT,AST və qələvi fosfataza (əgər birincili mənbə kimi kolon kanseri nəzərdə tutulursa CEA). |
Hansı radioloji müayinə metodları istifadə olunur? |
USM və KT (trifazik) |
Qaraciyərin ən çox yayılmış 3 birincili xoşxassəli törəməsi hansılardır? |
1.Hemangioma 2.Hepatosellular adenoma 3.Fokal nodulyar hiperplaziya |
Qaraciyərin 4 birincili bədxassəli törəməsi hansılarıdr? |
1.Hepatosellular karsinoma 2.Xolangiokarsinoma (intrahepatik) 3.Angiosarkoma 4.Hepatoblastoma (uşaqlarda və körpələrdə daha çox olur). |
Digər xoşxassəli qaraciyər törəmələri hansılardır? |
|
Qaraciyər “hamartoması” nədir? |
Qaraciyər normal hüceyrəsindən düyün formasını əmələ gətirən ağ rəngli bərk düyün. |
Qaraciyər hemangioması nədir? |
Qaraciyərin xoş xassəli damar törəməsidir. |
Nə ilə yadda qalır? |
Ən çox rast gələn birincili və xoş xassəli qaraciyər törəməsidir. |
Əlamətləri hansılardır? |
Əksər hallarda asimptomatik, sağ yuxarı kvadrantda ağrı və ya kütlə, nadir hallarda qanaxma |
Ağırlaşması hansıdır? |
Təxminən 10% hallarda qanaxma, tromboz, iltihab, ürək yetməzliyi, koaqulopatiya (Kassabach-Merritt sindromu), obstruktiv sarılıq. |
Kassabach-Merritt sindromu nədir? |
Hemangiomada davam edən zəif trombozun törətdiyi trombositopeniya, fibrinogenopeniya və qansızmalar |
Hemangiomanın diaqnozu necə qoyulur? |
MRT və ya kontrastlı KT, kontrastlı USM |
Xarakterik görüntüləmə əlamətləri hansılardır? |
MRT: T1-də hipo, T2-də lampa parlaqlığı. Kontrastlı müayinələrdə arterial fazada düyünşəkilli periferik kontrastlaşma, mərkəzin gec kontrastlaşması |
Biopsiya lazımdırmı? |
Xeyr! Əksər hallarda (90%) görüntüləmə ilə diaqnozu dəqiqləşdirmək mümkündür və qanaxma riski var. |
Müalicəsi necədir? |
Asimptomatik hallarda müşahidə (90%), simptomatik hallarda rezeksiya |
Rezeksiyaya göstərişlər hansılardır? |
Simptomatik forma, ağırlaşmalar və differensiasiya çətinliyi |
Embolizasiya effektivdirmi? |
Qısamüddətli effekt verir, rezeksiya vaxtı qanaxmanı azaltmaq üçün istifadə edilə bilir. |