Özət
Varikoz portal təzyiqin artması nəticəsində porto-kaval kollaterallarda baş verən kompensator genişlənmələrdir. Porto-kaval təzyiq fərqi 8 mm Hg st. aşarsa venalarda və kollaterallarda genişlənmə başlayır, fərq 10 mm Hg st. olduqda genişlənmə bariz şəkil alır, 12 mm Hg st. aşdıqda isə qanaxma təhlükəsi meydana gəlir. Kollateralların genişlənməsi və qanaxma ən çox qastroezofageal səviyyədə, sonra rektal, göbəkətrafı və retroperitoneal səviyyədə ortaya çıxır. Ölçülərinə görə qida borusu varikozlarını 4 dərəcəyə ayırırlar:
- I dərəcə – selikaltı qatda geniş vena, qabarmır
- II dərəcə – mənfəzə doğru qabarmış venalar, mənfəzi tutmur
- III dərəcə – qabarmış venalar mənfəzi tama yaxın tutur
- IV dərəcə - qabarmış venalar mənfəzi tam tutur.
Böyük varikozlar (III-IV dərəcə), incə divarlı varikozlar, Child C və porto-kaval qradiyent >12 mm Hg st. və dalaq sərtliyi >60 kPa varizkoz qanaxma üçün yüksək risk göstəriciləridir və birincili profilaktika lazım gəlir.
Sirrotik xəstələrin təxminən 60%-də varikoz baş verir və bunların da təxminən 30%-də 2 il ərzində qanaxma rast gəlir. Birinci dəfə baş verən qanaxma adətən 70-80% hallarda öz-özünə və ya müalicə ilə dayanır. Lakin xəstələrin 60-70%-də bir il ərzində təkrarlanma baş verir və ən çox ilk saat və ya günlərdə müşahidə edilir. Qanaxmalarda letallıq təxminən 20% təşkil edir, qanaxma təkrarladıqca letallıq da artır. Hipertenziyanın səbəbi aradan qaldırıldıqda varikoz genəlmələr geriyə inkişaf edir.
Varikoz qanaxmalar iki qrup əlamətlərlə – yerli (qanqusma, melena, NQZ-dan qangəlmə) və ümumi (anemiya, hipovolemiya, şok) əlamətlərlə büruzə verir. Diaqnozu dəqiqləşdirmək üçün təcili endoskopiya aparılır.
Varikoz qanaxmalarda müalicə ikimərhələli şəkildə aparılır: ilkin tədbirlər və həlledici müalicə. Təcili ilkin tədbirlərə hemodinamikanı stabilləşdirmə, endoskopik diaqnostika, qanaxmanın endoskopik və medikamentoz dayandırılması və digər dəstək müalicələri aiddir. İlkin tədbirlərə baxmayaraq qanaxma davam edirsə və ya tezliklə təkrarlayarsa qaraciyərdaxili porto-kaval yanyol (TİPS) və ya örtüklü metal stend tövsiyə edilir. Əgər TİPS və ya stend imkanı yoxdursa, üçüncü seçim cərrahi müdaxilədir (transseksiya, tikiş, yanyol). Qanaxması dayanan xəstələrdə həlledici müalicə kimi əsas xəstəliyin müalicəsi və qanaxmanın ikincili profilaktikası həyata keçirilir.
Varikoz və qanaxma üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
|
Sirrozu və ezofageal varikozu olan xəstələrdə yuxarı qastrointesinal qanaxmaların nə qədər hissəsi varikoz mənşəlidir? |
Təxminən 50% |
|
Varikoz qanaxmanın əlamətləri hansılardır? |
Qanqusma, melena, hematoxeziya |
|
Kəskin ezofageal varikoz qanaxmalarında ölüm faizi nə qədərdir? |
Təxminən 17% (10-50%) |
|
Varikoz qanaxmalarda ilkin tədbirlər hansılardır? |
İnfuziyalar, nazoqastral zond, Folley kateteri, qan qrupu təyini, və cross match, lab göndər, koaqulopatiyanı korreksiyası (vit K, TDP), endoskopiya |
|
Əsas diaqnostik müayinə hansıdır? |
Qastroskopiya (yuxarı qanaxmaların yarısı varikoz mənşəlidir, digər yarısını da inkar etmək üçün) |
|
Əsas müalicə prinsipi hansıdır? |
Portal təzyiqi azaltmaq (medikamentoz, endovaskulyar və ya cərrahi yanyollar) |
|
Portal təzyiqi azaltmaq üçün hansı dərmanlar var? |
Vazopressin və anoloqları Sandostatin və analoqları |
|
Koronar çatmazlığı olan xəstələrdə vazopressin ilə birlikdə hası dərman istifadə edilməlidir? |
Nitrogliserin – vazopressinin törətdiyi koronar arterial vazokonstiksiyasının qarşını almaq üçün |
|
Hansı müalicə növləri var? |
Endoskopiik - liqasiya, skleroterapiya TİPS Porto-kaval yanyollar Qaraciyer tranplantasiyası |
|
Əgər qanaxmaya səbəb ezofagus varikozlarıdırsa müalicəsi nədir? |
Təcili endoskopik liqasiya və ya skleroterapiya. |
|
Əgər xəstədə ilkin müalicədən sonra qanaxma davam edirsə nə edərsiniz? |
Təkrari endoskopik müalicə |
|
Əgər endoskopik müalicə imkanı yoxdursa və qanaxma davam edirsə nə edərsiniz? |
Splanxnik vazokonstruktor (terlipressin sandostatin) və Sengstaken-Blekmor zondu ilə tamponada. |
|
Sengstaken-Blekmor zondu nədir? |
Qastrik və ezofagial ballondan ibarət olan borudur, ezofagial qanaxmlarda tamponada üçün istifadə edilir. |
|
Əgər varikoz qanaxmalarda endoskopik və konservativ müalicə qanaxmanı dayandırmırsa nə edərsiniz?
|
TİPS (transyuqulyar intrahepatik porto-kaval şunt) Cərrahi yanyol (selektiv və hissəvi) Qaraciyər transplantasiyası |
|
TİPS nə deməkdir? |
TIPS (Transjugular İntrahepatik Portasistemik Shunt) dəridən, vidaci venadan keçərək hepatik vena ilə portal venanın şaxəsi arasında kiçik stendin intrahepatik yerləşdirilməsidir. |
|
Varikoz qanaxmanı dayandıran ən effektiv müalicə hansıdır? |
Porto-kaval yanyollar və qaraciyər transplantasiyası. |