Özət
Sirroz xronik xəstəliklərin nəticəsi kimi mеydana çıxan son dövr qaraciyər xəstəliyidir və iki arxitektonik dəyişikliyin birlikdə olması ilə xarakterizə olunur: fibroz və düyün. Sirroz üçün “ikilər qaydası” xarakterikdir: 2 qrup səbəbdən əmələ gəlir (xronik qaraciyər xəstəlikləri və naməlum səbəblər), 2 dəyişiklik xaraktеrikdir (fibroz və düyün), 2 qrup sindrom törədir (qaraciyər disfunksiyası və portal hipеrtеnziya). Sirroz uzun müddət simptomsuz gedə bilir, laborator dəyişiklik olmaya bilir (kompensator faza), lakin proses davam etdikcə ağırlaşmalar ortaya çıxır və dekompensasiya fazası başlayır: assit, varikoz qanaxma, ensefalopatiya, infeksiyon ağırlaşmalar, hepatosellular xərçəng və s. Sirrozun diaqnozu klinik, görüntüləmə və elastoqrafiya ilə müəyyən edilir, ağırlaşmalar, görüntüləmədə qaraciyərin kənarlarının və hepatik venaların divarının kələkötür olması, sıxlığın 12 kPa-dan çox olması xarakterik əlamətləridir. Etiotrop müalicələr (antiviral, anti-hemoxromatoz və s) erkən fazalarda aparılarsa sirrozun inkişafının qarşısını ala bilir, hətta reqresiyasına səbəb ola bilir. Dekompensasiya fazası meydana gəldikdə ən effektiv müalicə qaraciyər transplantasiyasıdır. Transplantasiyaya qədərki dövrdə və transplantasiya mümkün olmayan hallarda müalicələr sirrozun ağırlaşmalarının profilaktika və müalicəsinə yönəldilir.
Sirroz üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Sirroz nədir? |
Qaraciyərin fibrozlaşması və düyünlü transformasiyasıdır |
Sirrozun fibrozdan fərqi nədir? |
Fibrozda çapıq toxuma 10-20% təşkil edir, qaraciyərin funksiyası pozulmur, sirrozda fibrotik toxuma 30%-dən çox olur, qaraciyər parenximası düyünlü şəkil alır və funksiyası pozulur. |
Klinik formaları hansılardır? |
|
Rastgəlmə tezliyi nə qədərdir? |
|
Sirrozda 2-lər qaydası nə deməkdir |
|
Patogenezi nədən ibarətdir? |
Sirrozun inkişaf mеxanizmi dəqiq məlum dеyil. Aktual nəzəriyyə: daimi zədələnmə → fibroz və düyün→düyün zədələnməsi→fibroz və düyün; |
Gediş xüsusiyyəti necədir? |
Səbəb aradan qaldırılmadıqda geriyə dönmür və sönmür, proqressivləşir, ağırlaşmalara səbəb olur. Kompensator sirrozda yaşam 10-12 il, dekompensator mərhələdə isə 1-2 il təşkil edir. |
Ağırlaşmaları nələrdir? |
|
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
|
Laborator əlamətləri nələrdir? |
Qaraciyərin zədələnmə və disfunksiya əlamətləri (enzimlərdə artma, bilirubin və İNR artması, albumin azalması və s) |
Görüntlüləmə əlamətləri nələrdir? |
Sıxlığın artması (12 kPa-dan çox), kələkötür qaraciyər, qaraciyər venalarının dəqiq seçilməməsi, öd kisəsi divarının qalınlaşması, klollateralların görünməsi, varikozların görünməsi, splenomeqaliya |
Digər müayinələrdə nə tapılır? |
Hemoqlobin, leykosit, trombosit azalması |
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Dekompensasiya mərhələsi (ağırlaşmaların ortaya çıxması) |
Əməliyyat üsulları hansılardır? |
Qaraciyər transplantasiyası |
Proqnozu nədir? |
Kompensator sirrozda yaşam 10-12 il, dekompensator mərhələdə isə 1-2 il təşkil edir. |
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Sirroz diaqnozu qoyulan xəstə qaraciyər transplantasiyasına namizəddir |