Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 6 dekabr 2018 tarixli 24 saylı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.02.2019 tarixli F-66 saylı qərarı ilə “070101-Müalicə işi” ixtisası üzrə dərslik kimi təsdiq edilmişdir

Qaraciyər xəstəlikləri və diaqnostik yanaşma - Suallar

Qaraciyər xəstəliklərinin diaqnostikası üzrə suallar

N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova

 

Qaraciyərin funksional qiymətləndirilməsi

Suallar

Cavablar

Qaraciyərin hansı funksiyaları var?

Detoksikasiya, sintez, tənzimləmə, sekresiya və hemodinamik.

Qaraciyərin hansı funksional göstəriciləri klinik praktikada daha çox istifadə edilir?

Zədələnmə (ALT, AST)

Sintetik (İNR, albumin)

Sekretor-xolestaz (bilirubin, QF, QQT)

Detoksikasiya funksiyasını necə qiymətləndirilir?

Klinik olaraq ensefalopatiya ələmətləri, laborator olaraq ammonyak və idosianin yaşıl

Hemodinamikanı necə qiymətləndirmək olar?

Varikozlar, doppler, portal venada və qaraciyər venalarında təzyiq ölçülməsi

Hepatositlərdə hansı enzimlər sintez olunur?

ALT və AST

Hepatosit zədələnməsində ALT və AST niyə artır?

Hepatosit zədələndikdə sitozoldakı ALT və AST qana keçərək səviyyəsi artır

Qələvi fosfataza harada sintez olunur?

Öd yolları epitelində

Xolestazda QF niyə artır?

Öd epiteli qıcıqlandığı üçün

Qaraciyərin hansı laborator sindromları var?

Hepatosellular zədələnmə (hepatitik sindrom) – ALT və AST artması

Xolestaz – QF və QQT artması

Sarılıq – Bilirubin artması

Sintetik disfunksiya – İNR artması və /və ya albumin azalması

Detoksikasiya pozulması – ammonyak artması

Xroniki qaraciyər xəstəliklərində (məsələn sirrozda)  qaraciyərin funksional vəziyyətini hansı klassifikasiyalarla qiymətləndirilir?

Child, Child-Turcotte-Pugh, D-Amigo,MELD

Child klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır?

Assit, bilirubin, albumin.

Child-Turcotte-Pugh klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır?

Assit, bilirubin, albumin, ensefalopatiya və INR

MELD klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndirmə aparılır?

Bilirubin, İNR, kreatinin

D”Amigo klassifikasıyasında hansı göstərici istifadə olunur?

Assit, varikoz və varikoz qanaxma

Child klassifikasiyasına görə laparotomiyadan sonra letallıq nə qədərdir.

A dərəcəli sirrozda (kompensator) 10%-ə qədər, B dərəcəli sirrozda (subkompensator) 30%-dən az, C dərəcəli sirrozda (dekopmpensator) 50% səviyyəsidə

 

Qaraciyərin görüntüləmə müayinələri

Qaraciyərin birincili görüntüləmə müayinəsi hansıdır?

USM

USM nəyi göstərir?

  • Qaraciyərin ölçüsünü, strukturunu
  • Damarları və öd yollarını
  • Törəmələri
  • Törəmənin sistik və ya toxumalı olduğunu

İkinci seçim görüntüləmə müayinəsi hansıdır?

Kontrastlı KT və ya MRT

Kontrast nə üçün verilir?

Qaraciyər toxuması ilə törəmənin kontrastlaşma fərqini ortaya çıxarmaq üçün

Kontrast müayinənin hansı fazaları var?

Arterial (ilk 20 saniyə), portal venoz (60-70 saniyə) , gec  (8-10dəq)

Törəmələr ən yaxşı hansı fazada görünür?

Portal fazada

 

Qaraciyər rezeksiyası

Sağ  hemihepatektomiya (lobektomiya) nədir?

Qaraciyərin sağ payının kəsilib götürülməsi (Cantlie xəttindən sağa)

 Sol hemihepatektomiya (lobektomiya) nədir?

Qaraciyərin sol payının kəsilib götürülməsi (Cantlie xəttindən sola).

Sağ trisegmentektomiya nədir?

Qaraciyər toxumasının falciform ligamentdən sağa kəsilib götürülməsi.