Özət
Neoplastik kistlərin epitel qatı neoplastik xarakterlidir (çoxqatlı, polipoid, adenokarsinoma), möhtəviyyatı seroz yox, musin tipli qatı mayedir, mayedə CA 19-9 yüksəkdir, divarı qalın, polipoid çıxıntıları, arakəsmələri və ya çoxkameralı olur. Diaqnozu histoloji müayinə ilə dəqiqləşir. Müalicəsi radikal eksiziyadır
Travmatik kistlər hematoma və bilioma yerində əmələ gəlir, divarı fibroz toxumadan ibarətdir, epitel qatı yoxdur (yalançı kistdir). İltihablaşma varsa drenaj edilir.
Neoplastik kistlər üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Neoplastik kistlər nədir? |
Qaraciyərdə birincili və ya ikincili neoplastik proseslərin törətdiyi kistlərdir. |
Rastgəlmə tezliyi nə qədərdir? |
Qaraciyərin kistoz törəmələri arasında nadir (1-2%) rast gəlir. |
Hansı klinik formaları var? |
|
Sistoadenoma - biliar sistoadenoma nədir? |
Qaraciyərin xoşxassəli birincili neoplastik kistidir. |
Morfologiyası: |
Divarı 3 qatlıdır:
Anadangəlmə kistlərdən fərqli olaraq:
|
Səbəbi və ya risk faktorları nələrdir? |
Bilinmir |
Patogenezi nədən ibarətdir? |
Bilinmir |
Gediş xüsusiyyəti necədir? |
Maliqnizasiya ehtimalı yüksəkdir (25%) |
Ağırlaşmaları nələrdir? |
Malignizasiya, infeksiyalaşma, qanaxma, ətrafa təzyiq. |
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhəl ənmək lazımdır? |
Klinik və diaqnostik əlamətlər olan xəstələrdə |
Dəqiqləşdimək üçün hansı müayinələr lazımdır? |
|
Laborator əlamətləri nələrdir? |
Mayedə yüksək CA-19-9 |
Görüntüləmə əlamətləri nələrdir? |
|
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
Cərrahi; |
Əməliyyata göstərşlər nələrdir? |
Kistin olması |
Əməliyyat üsulları hansılardır? |
Kist epiteli tamamilə aradan qaldırılmalıdır:
|
Hissəvi kistektomiya, ablasiya, fenestrasiya, koterizasiya və sistoyeyunostomiya tövsiyə edilirmi? |
Maliqnizasiya ehtimalını nəzərə alaraq, göstərilən əməliyyatlar tövsiyə edilmir. |
Proqnozu nədir? |
Radikal rezeksiyalardan sonra yaxşıdır. |
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Sistoadenoma şübhəsi varsa kist total çıxarılmalıdır. |
Birincili sistoadenokarsinoma nədir? |
Birincili olaraq qaraciyərdən inkişaf edən və ya sistoadenomaların maliqnizasiyası olan neoplastik kistdir. |
Morfologiyası? |
Epitel qatı tam və ya hissəvi şəkildə atipikdir |
Klinik əlamətləri hansılardır? |
Əksər əlamətləri biliar sistoadenoma kimidir. |
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
Kist divarının patohistoloji müayinəsi. |
Müalicə üsulları hansılardır? |
Radikal rezeksiya |
Metastatik sistoadenokarsinoma nədir? |
Kistoz adenokarsinoma metastazlarıdır. |
Mənbə? |
Çənbər bağırsaq, pankreas, mədə, böyrək, yumurtalıq və s. |
Klinik xüsusiyyətləri və müalicə üsulları hansılardır? |
Digər metastazlardakı kimidir |
Neoplastik kistlərin xarakterik cəhətləri hansılardır?
|
|