Özət
Assit periton boşluğuna maye toplanmasına deyilir və peritonda ifrazat və sorulma arasındakı tarazlığın pozulması assitin əmələ gəlməsinə səbəb olur (portal hipertenziya, ürək yetməzliyi, sirroz, nefrotik sindrom, miksedema, mezotelioma, peritoneal karsinomatoz, ekstravazasiya və limfatik blok). Assitlərin əksəriyyəti sirroz mənşəlidir. Assit yüngül (USM və ya KT-də görünür), orta (klinik təyin olunur) və böyük dərəcələri var (qarında böyük şişkinlik), refrakter assit, spontan bakterial peritonit (assitin infeksiyalaşması), hepatorenal sindrom, hidrotoraks və hiponatremiya kimi ağırlaşmalara səbəb ola bilir.
Assiti təyin etmək üçün ən hassas üsullar USM və tomoqrafiyadır, səbəbini müəyyənləşdirmək üçün klinik və görüntüləmə müayinələri yetrəsiz olarsa plazma-assit albumin fərqini (PAAF) hesablamaq lazımdır. Portal hipertenziya üçün yüksək fərqli (PAAF>1,1 q/dl) assit xarakterikdir. Assitin müalicəsində əsas hədəf səbəbin aradan qaldırılmasıdır, bu mümkün olmayanda Na+ qəbulunu azaltmaq və diuretik lazım gəlir. Gərgin assitlərdə punksiya edilir. Yüksək doza diuretikə baxmayaraq aradan qalxmayan assitlərdə vaxtaşırı parasentez və ya portokaval yanyollar seçilə bilər.
Assit üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Suallar |
Cavablar |
Assit nədir? |
Periton boşluğuna maye toplanmasıdır |
Səbəbi və ya risk faktorları nələrdir? |
|
Ən çox rast gəlinən səbəbi nədir? |
Sirroz (80%) |
Patogenezi nədən ibarətdir? |
Peritonda ifrazat və sorulma arasındakı tarazlığın pozulması assitin əmələ gəlməsinə səbəb olur. Qc xəstəliklərində portal hipertenziya, su və elektrolitlərin tutulması və onkotik təzyiqin azalması assitə səbəb olur. |
Gediş xüsusiyyəti necədir? |
Assitin gedişi səbəbindən asılıdır |
Ağırlaşmaları nələrdir? |
|
Hansı klinik formaları var? |
Ağırlıq dərəcələrinə görə subklinik, orta və böyük assitlər, plazma-assitik albumin fərqinə görə yüksək və aşağı fərqli assitlər. |
Klinik əlamətləri hansılardır? |
|
Hansı xəstələrdə şübhələnmək lazımdır? |
|
Dəqiqləşdirmək üçün hansı müayinələr lazımdır? |
USM, tomoqrafiya |
Laborator əlamətləri nələrdir? |
Yüksək fərqli assit (PAAF>1,1 q/dl) portal hipertenziyaya xas əlamətdir. |
Görüntüləmə əlamətləri nələrdir? |
Qarında sərbəst maye |
Diaqnostik kriteriyalarını sadala? |
|
Müalicə üsulları hansılardır? |
|
Əməliyyata göstərişlər nələrdir? |
Refrakter assit |
Əməliyyat üsulları hansılardır? |
PKYY və ya TİPS |
Proqnozu nədir? |
Yüngül və orta dərəcəli assitlər konservativ müalicəyə tabe olurlar, böyük assitlərdə yaşama müddəti azalır, letallıq artır |
Xəstəliyin ən xarakterik özəlliyini bir cümlə ilə necə ifadə edərsiniz? |
Assit sirrozun dekompensasiya əlamətidir, spesifik müalicə, o cümlədən transplantasiya gündəmə gəlir. |