Qaraciyər xəstəlikləri və diaqnostik yanaşma - Suallar
Qaraciyər xəstəliklərinin diaqnostikası üzrə suallar
N.Y.Bayramov, A.K.Səfiyeva, Ş.Ə.Məmmədova
Qaraciyərin funksional qiymətləndirilməsi
Suallar |
Cavablar |
Qaraciyərin hansı funksiyaları var? |
Detoksikasiya, sintez, tənzimləmə, sekresiya və hemodinamik. |
Qaraciyərin hansı funksional göstəriciləri klinik praktikada daha çox istifadə edilir? |
Zədələnmə (ALT, AST) Sintetik (İNR, albumin) Sekretor-xolestaz (bilirubin, QF, QQT) |
Detoksikasiya funksiyasını necə qiymətləndirilir? |
Klinik olaraq ensefalopatiya ələmətləri, laborator olaraq ammonyak və idosianin yaşıl |
Hemodinamikanı necə qiymətləndirmək olar? |
Varikozlar, doppler, portal venada və qaraciyər venalarında təzyiq ölçülməsi |
Hepatositlərdə hansı enzimlər sintez olunur? |
ALT və AST |
Hepatosit zədələnməsində ALT və AST niyə artır? |
Hepatosit zədələndikdə sitozoldakı ALT və AST qana keçərək səviyyəsi artır |
Qələvi fosfataza harada sintez olunur? |
Öd yolları epitelində |
Xolestazda QF niyə artır? |
Öd epiteli qıcıqlandığı üçün |
Qaraciyərin hansı laborator sindromları var? |
Hepatosellular zədələnmə (hepatitik sindrom) – ALT və AST artması Xolestaz – QF və QQT artması Sarılıq – Bilirubin artması Sintetik disfunksiya – İNR artması və /və ya albumin azalması Detoksikasiya pozulması – ammonyak artması |
Xroniki qaraciyər xəstəliklərində (məsələn sirrozda) qaraciyərin funksional vəziyyətini hansı klassifikasiyalarla qiymətləndirilir? |
Child, Child-Turcotte-Pugh, D-Amigo,MELD |
Child klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır? |
Assit, bilirubin, albumin. |
Child-Turcotte-Pugh klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndimə aparılır? |
Assit, bilirubin, albumin, ensefalopatiya və INR |
MELD klassifikasiyasında hansı göstəricilərə görə qiymətləndirmə aparılır? |
Bilirubin, İNR, kreatinin |
D”Amigo klassifikasıyasında hansı göstərici istifadə olunur? |
Assit, varikoz və varikoz qanaxma |
Child klassifikasiyasına görə laparotomiyadan sonra letallıq nə qədərdir. |
A dərəcəli sirrozda (kompensator) 10%-ə qədər, B dərəcəli sirrozda (subkompensator) 30%-dən az, C dərəcəli sirrozda (dekopmpensator) 50% səviyyəsidə |
Qaraciyərin görüntüləmə müayinələri
Qaraciyərin birincili görüntüləmə müayinəsi hansıdır? |
USM |
USM nəyi göstərir? |
|
İkinci seçim görüntüləmə müayinəsi hansıdır? |
Kontrastlı KT və ya MRT |
Kontrast nə üçün verilir? |
Qaraciyər toxuması ilə törəmənin kontrastlaşma fərqini ortaya çıxarmaq üçün |
Kontrast müayinənin hansı fazaları var? |
Arterial (ilk 20 saniyə), portal venoz (60-70 saniyə) , gec (8-10dəq) |
Törəmələr ən yaxşı hansı fazada görünür? |
Portal fazada |
Qaraciyər rezeksiyası
Sağ hemihepatektomiya (lobektomiya) nədir? |
Qaraciyərin sağ payının kəsilib götürülməsi (Cantlie xəttindən sağa) |
Sol hemihepatektomiya (lobektomiya) nədir? |
Qaraciyərin sol payının kəsilib götürülməsi (Cantlie xəttindən sola). |
Sağ trisegmentektomiya nədir? |
Qaraciyər toxumasının falciform ligamentdən sağa kəsilib götürülməsi. |